İsrail Müdafiə Qüvvələri (IDF) "Hizbullah" qruplaşmasının obyektlərinə hava zərbələri fonunda Livanın cənubundakı doqquz kəndin sakinlərinin təxliyəsinə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri yazıb.
"Hizbullah" təşkilatının atəşkəs sazişini pozması ilə əlaqədar İsrail Müdafiə Qüvvələri güc tətbiq etməyə məcbur olub və sizə zərər vurmaq niyyətində deyil", - IDF-in rəsmi nümayəndəsi Avixay Adrai bildirib.
Yaşayış məntəqələrinin sakinlərinə evlərini tərk edərək ən azı bir kilometr uzaqlaşmaq tapşırılıb.
Qeyd edək ki, bu gün İsrail ordusu Livanın cənubundakı bir neçə əraziyə zərbələr endirib. İsrailin hava hücumları Nəbatiyyənin ətrafını, eləcə də Arun və Kafr Tibnit şəhərlərini hədəfə alıb.
Bundan əlavə, İsrail dronları Əl-Mənsuri, Bürc Rəhhal və Nəbatiyyə əl-Fəvqa şəhərlərinə hücum edib.
Bizim.Media