“Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihələri Milli Məclisdə müzakirə olunub.
Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən 1400 bələdiyyə birləşəcək.
Birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 685-ə düşəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Günay Şahmar, Bizim.Media