“Son telefon zəngini aça bilmədim...” – Anasının şəhid Murad Məmmədovla bağlı XATİRƏLƏRİ – FOTO/VİDEO

"Oğlumla fəxr edirəm. Sözün əsl mənasında fəxr edirəm, qürur duyuram. Oğlumu təkbaşına zülmlə və min-bir əziyyətlə böyütmüşəm. Təsəllim odur ki, yeganə oğlum Azərbaycanın azadlığı naminə canını qurban verib".

Bu sözləri Qusarın İmamqulukənd kəndindən olan Vətən Müharibəsi şəhidi Murad Məmmədovun anası Caminat Məmmədova Bizim.Media-ya oğlu ilə bağlı xatirələrindən danışarkən deyib.



Ana subay olan Muradın 4 bacının yeganə qardaşı olduğunu bildirir:

“Mənə və bacılarına onun toyunu görmək nəsib olmadı”.

Murad Məmmədov 25 yaşında Suqovuşanda şəhid olub. Anasının sözlərinə görə, hərbi xidmətdən sonra müddətdən artıq qulluğa başlayan Murad doğma kəndi İmamqulukəndə 2020-ci ilin may ayında gəlmişdi. Caminat xanım on günlük məzuniyyətdən sonra mayın 31-də hərbi hissəyə qayıdan Murad evdən çıxarkən onunla sağollaşmağa imkan vermədiyini və onun sevdiyi bir mahnıdan zümzümə edərək getdiyini nisgilliklə xatırlayıb:

"Həyat bir gündür, o da bu gündür, gələcəyəm, dide (Ləzgicədə: ana – red.). Məni qucaqlama, sarılma mənə, gələcəyəm mütləq".


Şəhidin anası deyir ki, oğlu heç vaxt müharibə başladığını, harada olduğunu deməyib, hamı ilə nikbin danışırdı.

Heç vaxt bədbin olmazdı.

Caminat xanım oğlunun son dəfə onlara 2020-ci il oktyabrın 9-da səhər saat 8.15-də zəng etdiyini, amma telefonda enerjinin bitməsi səbəbindən oğlunun axırıncı zəngini qəbul edə bilmədiklərini  təəssüflə söylədi. Ertəsi gün, yəni oktyabrın 10-da Murad Məmmədov saat 11.20-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına  şəhid olub. Oktyabrın 12-də isə İmamqulukənd kənd məzarlığında torpağa tapşırılıb.


Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov Murad Məmmədov İmamqulukənd kəndinin Qarabağ Müharibəsində verdiyi 3 şəhidindən biri olduğunu deyir. Onun məlumatına görə, anım günündə doğmaları, ailə üzvləri, yerli sakinlər və rayon rəsmiləri Muradın xatirəsini hörmət və ehtiramla anıblar.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

İşə qəbul qaydalarında mühüm dəyişiklik

İşə qəbul qaydalarında mühüm dəyişiklik

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Haluk Leventin qardaşı həbs edildi

Haluk Leventin qardaşı həbs edildi

Bakıda qeyri-adi hadisə - VİDEO

Bakıda qeyri-adi hadisə - VİDEO

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Noyer millidəki karyerasını başa vurdu

Noyer millidəki karyerasını başa vurdu

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

“Milan”dan 74 milyonluq transfer

“Milan”dan 74 milyonluq transfer

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

Röyadan sevənlərinə ŞAD XƏBƏR

Röyadan sevənlərinə ŞAD XƏBƏR

“Zirə” Türkiyə klubuna uduzdu

“Zirə” Türkiyə klubuna uduzdu

End of content

No more pages to load

RADİO