Cəlilabadda toy karvanı qəzaya səbəb oldu.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Cəlilabad rayonununu Uzuntəpə kəndinə birləşdirən əsas magistral yolda baş verib.
Belə ki, bəy maşını "VAZ-21015" markalı minik avtomobilini vurub.
Nəticədə bir nəfər ağır bədən xəsarətləri alaraq Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. İlkin məlumata görə toy karvanında bəy-gəlin maşınını elə bəyin özü idarə edirmış.
Hadisə ilə bağlı araşdırma aparılır.


Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu