Ağdamda baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb. Rayonun Üçoğlan kəndi ərazisində baş verən qəzada "VAZ" markalı minik maşını ilə "Mercedes" markalı minik maşını toqquşub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü Baxşəliyev Bəxtiyar Yadigar oğlu ağır bədən xəsarətləri alıb.
Yaralı maşından FHN-ın xilasediciləri tərəfindən çıxarılıb. Ona ilkin tibbi yardım göstərilib. B.Bəxtiyarın vəziyyət ağır olduğu üçün o, paytaxtda yerləşən xəstəxanalardan birinə köçürülmək üçün yola salınıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media