“Real”ın türkiyəli ulduzu Arda Gülər klubdan ayrılmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, futbolçunu belə düşünməyə vadar edən səbəb oyun praktikasının az olmasıdır.
İddia edilir ki, 8-ci turda “Atletiko Madrid”lə görüşdə ehtiyatda qalması Ardanı qəzəbləndirib. Karlo Ançelotti ilə münasibətləri yaxşı olmayan yarımmüdafiəçi komandasını dəyişmək qərarına gəlib.
Qeyd edək ki, K.Ançelotti daha əvvəl A.Gülərlə bağlı sualı cavablandırarkən kollektivdə ciddi rəqabət olduğu üçün ilk 11-likdə meydana çıxmağın asan olmadığını bildirib.
Bizim.Media