Keşlədə kababa görə tanışını öldürən şəxsə AĞIR CƏZA

Keşlədə kababçını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Rəhman Qəhrəmanova hökm oxunub.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət təqdim edib.

O, bildirib ki, cinayət işinin sənədlərində mövcud olan çatışmazlıqlarla əlaqədar cinayət işini araşdırmış müstəntiq Orxan Babayevin çıxışlar mərhələsində dindirilməsini istəyib.

Dövlət ittihamçısı vəsatətin əsassız olduğunu və vaxtı uzatmaq üçün təqdim olunduğu bildirərək təmin edilməməsini istəyib.

Məhkəmə yerində müşavirə edərək vəsatətin təmin olunmamasını qərara alıb. Buna səbəb kimi, vəsatətdə göstərilən halların məhkəmədə araşdırılması göstərilib.

Təqsirləndirilən şəxsin vəkili daha bir vəsatət verərək yenidən tibbi ekspertiza keçirilməsini istəyib.

Məhkəmə yerində müşavirə edərək qərara alıb ki, bu vəsatət də təmin edilməsin. Çünki artıq bu hallarla bağlı etirazlara qiymət verilib.

Daha sonra Rəhman Qəhrəmanovun vəkili çıxış edərək müdafiə etdiyi şəxsin zərərçəkəni öldürmək niyyətinin olmadığını deyib, bıçağın kiçik ölçüdə olduğunu və təqsirləndirilən şəxsin həmin vaxt içkili olmasının nəzərə alınmasını istəyib. Məhkəmədən ədalətli qərar verilməsini xahiş edib.

Zərərçəkmişin hüquqi varisi və bacısı vəkilə etiraz edərək, bıçaqla xəsarət yetirmənin cəzasının qanunvericiliyə uyğun verilməsini və təqsirləndirilən şəxsin azadlığa buraxılmamasını istəyib. Bıçağın ölçüsünün nəzər alınmasının düzgün olmadığını bildirib.

Məhkəmənin növbəti mərhələsində Rəhman Qəhrəmanov son söz nitqi ilə çıxış edərək məhkəmədən ədalətli qərar verilməsini xahiş edib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Rəhman Qəhrəmanov Cinayət Məcəlləsinin 120.2.2 maddəsi ilə təqsirli bilinərək 17 il müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Rəhman Qəhrəmanov aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirib. Yaralı müalicə aldığı xəstəxanada ölüb.

Məlumata görə, A.Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. Q.Qəhrəmanov kabab alarkən ona irad bildirib və tərəflər arasında mübahisə yaşanıb. Daha sonra küçədə rastlaşan tərəflər arasında yenidən mübahisə yaşanıb və məlum hadisə baş verib.

Rəhman Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

“Qarabağ” səfərdən məğlub qayıdır

“Qarabağ” səfərdən məğlub qayıdır

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Sabah bu küçələrdə qaz olmayacaq

Sabah bu küçələrdə qaz olmayacaq

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

End of content

No more pages to load

RADİO