Bakıdakı yeni tikililər zəlzələyə nə qədər DÖZÜMLÜDÜR?

Bildiyimiz kimi, 6 fevral 2023-cü ildə Türkiyədə “Əsrin fəlakəti” adlandırılan zəlzələ baş verdi.

Zəlzələ nəticəsində on minlərlə insan həlak oldu, milyonlarla insan isə zərər çəkdi

Xatırladaq ki, həmin vaxtlarda zəlzələnin bu qədər itkiylə nəticələnməsinin səbəblərindən biri kimi binaların keyfiyyətsiz, ən əsası isə sıx tikilməsi idi.

Təəsüflər olsun ki, binalar arasındakı ara məsafəsinin gözlənilməməsi və sıxlıq bizim ölkədə də müşahidə olunur. Hansı ki, bu məsələ Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir

Şərtlərə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Yəni binanın karkası 40-60 metr hündürlükdə olursa, ortalama ədəd olaraq binalar arasındakı məsafə təqribən 30 metr olmalıdır.

Paytaxt Bakıda da az qala bir-birinə söykənərək inşa edilən yüzlərlə bina var. Mütəxəssislərin fikrincə, binalar bir-birinə nə qədər yaxın inşa edilərsə, zəlzələ zamanı dağıntı və təlafat bir o qədər çox olur.

Bəs, bu qaydalar niyə gözlənilmir? Getdikcə sayı çoxalan binaların tikinti normalarına cavabdeh olan qurumlar müvafiq tələbləri niyə görməzdən gəlirlər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən əmlak eksperti Elnur Fərzəliyev ilk olaraq binaların sıx tikilməsinin səbəblərini açıqlayıb.

O, deyib ki, 2018-ci ilə qədər çoxmənzilli binaların tikilməsiylə bağlı icazə və sərəncamları rayon icra hakimiyyətləri verirdi, bu da binalararası məsafələrin pozulmasına səbəb olurdu:

“2018-ci ildən sonra isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaranmasıyla yeni tikilən binalar arasında məsafə, binaların həyətyanı yaşıllıq sahələri mütləq nəzərdə tutulur, tikinti şirkətləri yalnız bu normativlərlə iş görə bilir”.

Binaların sıx tikilməsinin hansı mənfi nəticələri var?

Ekspert deyib ki, binaların sıx tikilməsi, avtomobil yollarının əhalinin sayına görə daha az, dar olması nəticəsində yanğın,  subasma və s hadisələr zamanı həmin yerə xilasedicilərin, təcili tibbi yardım avtomobillərinin vaxtında çatmasıyla bağlı  problem yaranır:

“Mənzil alarkən nəzərə almaq lazımdır ki, fövqəladə hallar zamanı evakuasiya və digər normativlər qoruna bilsin”.

Elnur Fərzəliyev istismar  müddəti bitmiş binalar barəsində də danışıb.

Onun sözlərinə görə paytaxt ərazisində 11 minə yaxın istismar müddətini bitirmiş çoxmənzilli yaşayış binaları var:

“Onların bir hissəsi qəzalı kimi qeydə alınıb. Belə binaların yerləşməsi vətəndaşlar üçün daha əlverişli olsa da,  böyük hissəsi istismar müddətini bitirdiyinə görə yaxın gələcəkdə sökülməsi nəzərdə tutulub. 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamına əsasən,  Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətə olan binaların sökülməsinə başlanıldı və proses hələ də davam edir.

Bundan əlavə, ötən ilin dekabrından Bakı şəhərinin Baş planı təsdiqləndi. Buna görə də bu il köhnə binalar yeni tikili binalarm, yollar, körpülər, infrastrukturlarla əvəzlənəcək.  Bu baxımdan vətəndaşlar mənzil alarkən binanın yaşına və keyfiyyətinə nəzər yetirməlidirlər”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

“Qarabağ” səfərdən məğlub qayıdır

“Qarabağ” səfərdən məğlub qayıdır

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Sabah bu küçələrdə qaz olmayacaq

Sabah bu küçələrdə qaz olmayacaq

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

End of content

No more pages to load

RADİO