Əməkdar mədəniyyət işçisinin evindən oğurluq edən şəxs MƏHKƏMƏ QARŞISINDA

Külli miqdarda oğurluqda təqsirləndirilən Üzeyir Kərimovun növbəti məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

İfadə verən şahidlərdən biri bildirib ki, təqsirləndirilən şəxsi tanımır. O, şahid qismində dəvət edilməsinin səbəbini də bilmir.

Digər şahid Təhmasib Məmmədov təqsirləndirilən şəxsi Emin adı ilə tanıyıb. Daha sonra onun adının Üzeyir olduğunu öyrənib:

"Təqsirləndirilən şəxslə tanış olduqda mənə adının Emin olduğunu bildirmişdi. Biz onunla mənim mağazam üçün alqı-satqı etmişik. Onunla ilk dəfə müştəri kimi gələndə tanış olmuşam.

Mənə müxtəlif alkoqollu içkilər satıb. Satdığı içkilərdən bir neçəsi əvvəllər mağazamda satılmayıb. Digərlərindən ən bahalısı 350 manat dəyərində olardı. Amma mənə dəyərindən aşağı satıb. Ona təqribi 800 manat ödəmişdim. Belə ucuz satmağının səbəbini və malları haradan tapdığını soruşdum. Demişdi ki, içkiləri işlədiyi ailədən alıb. Ona hədiyyə edildiyi üçün ucuz satır. Buna səbəb kimi içki içməyi tərgitməsini göstərib. Oğurluq olduğunu düşünməmişdim. Ona görə də pul verib onları aldım.

Təqsirləndirilən şəxsin vəkili həmin içkilərin qiymətinin Elçin Orucovun iddia etdiyi qədər bahalı olub-olmadığını soruşub.

Şahid bildirib ki, içkilər iddia olunan qədər bahalı deyil:

"Zərəçəkmiş şəxs nə qədər bahalı olduğunu deyib bilmirəm, amma qiyməti yüksək içkilər deyildi. Dediyim kimi, ən bahalısı 300-350 manat olardı. 10 ildir ki, bu işdəyəm, malların təqribi qiymətini bilirəm. Üzeyir Kərimovdan aldığım malların çoxdan qaldığı bəlli idi. Hətta onların içində xarabları da vardı. Birdə verdiyi içkilərin ikisinin üzərində rus aksizi vardı. Buna görə də hədiyyə olduğuna inanmışdım".

Zərərçəkənlər prosesdə iştirak etməyib. Onların məhkəmədə ifadə verməsi ilə bağlı olaraq proses təxirə salınıb.

Növbəti iclas 16 oktyabr tarixinə təyin edilib.

Xatırladaq ki, ötən proseslərin birində hakim Anar Sadıqov zərərçəkənlərin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarmışdı.

Qeyd edək ki, Üzeyir Kərimov əməkdar mədəniyyət işçisi, Səttar Bəhlulzadə adına sərgi salonunun direktoru, əntiq, qədimi əşyaların satışı ilə məşğul olan məşhur kolleksioner Elçin Orucovun evindən oğurluq etməkdə təqsirləndirilib. Təqsirləndirilən şəxs, ifadəsində bunu təkzib edərək, oğurladığı iddia edilən əşyaların pulunu verdiyini bildirib. Onunla bağlı Cinayət məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq etmə) maddəsi ilə cinayət işi açılıb.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

“Qarabağ” səfərdən məğlub qayıdır

“Qarabağ” səfərdən məğlub qayıdır

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Sabah bu küçələrdə qaz olmayacaq

Sabah bu küçələrdə qaz olmayacaq

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

End of content

No more pages to load

RADİO