Məşğuliyyəti olmayan AHILLAR - Azərbaycanda yaşlı insanlar vaxtlarını necə KEÇİRİRLƏR?

Azərbaycanda yaşlı insanlar cəmiyyətdən təcrid olunurlar desək, yanılmarıq. Sanki nənələrimiz, babalarımız  60 yaşı keçəndən sonra sadəcə ölümü gözləyirlər. Çünki pensiya yaşı çatdığı üçün işdən çıxmalı olurlar. Evdə bekar oturaraq günlərinin keçməsini gözləyirlər. 

Amma beynəlxalq təcrübədə bunun belə olmadığını bilirik. Xarici ölkələrdə 60 yaşdan sonrakı dövrü yaşlılar daha səmərəli və xoşbəxt yaşayırlar.

Ən əsası ürəkləri istədikləri kimi istirahət edirlər. Elə bu səbəbdən də əcnəbilər bizim cəmiyyətin yaşlı təbəqəsinə nisbətən daha çevik, xoşbəxt və gümrahdırlar. Əslində çox olmasa da rayon və kəndlərimizdə yaşayan insanların asudə vaxtlarını keçirmələri üçün bəzi məşğuliyyətləri var, şəhərdə yaşayanlar üçün isə vaxt keçirtmək daha çətindir. Təqaüd məbləğinin az olması da bir başqa mövzudur...
 

MÖVZU İLƏ BAĞLI:

İnsanlar yaşlandıqca aqressivləşir, yoxsa “yeddisində nədirsə, yetmişində də odur”?


“Azərbaycanda yaşlı insanlar sadəcə öz ölümlərini gözləyirlər”

Sosioloq Ağasəlim Həsənov Bizim.Media-ya bildirib ki, yaşlı insanlar iş fəaliyyətlərini dayandırandan sonra həyatlarını elə qurmalıdırlar ki, depressiyaya düşməsinlər:  

“Qərb ölkələri ilə müqayisədə Azərbaycanda yaşlı əhali demək olar ki, uzaq turistik səyahətlərdə az olurlar, daha çox ev şəraitində qalırlar, qapanırlar. Bəlkə min bir istəkləri, arzuları var, amma hansısa maddi çatışmazlıq ucbatından, və ya fiziki imkanların məhdudluğu səbəbindən öz istəklərini gerçəkləşdirə bilmirlər. Bu da sonda təbii ki, yaşlı əhalinin sosial-psixoloji durumuna pis təsir edir. Dolayısı ilə səhhətlərində müxtəlif problemlər yaranır. Həyat sanki onlar üçün sönmüş olur. 

Maraqsız və əhəmiyyətsiz olur. Asudə vaxtını səmərəli təşkil edə bilməyən və ya etmək istəyində olub bunu gerçəkləşdirə bilməyən yaşlı fərdlər öz ölümünü gözləyən xəstə kimi həyatlarına davam edirlər”. 

Azərbaycanda sosial işçiyə ehtiyac var? 

Ağasəlim Həsənov bildirib ki, xarici ölkələrdə yaşlı təbəqənin qayğıları ilə məşğul olan işçilər var:

“Düşünürəm ki, Azərbaycanda bununla bağlı çox ciddi boşluq var. Məsələn, Kanadada sosial iş sahəsi çox inkişaf edib. Bəzi sosial işçilər var ki, onlar müxtəlif yaş kateqoriyasında olan insanlarla daim işləyirlər və bunun müqabilində yüksək maaş alırlar. Yaşlı əhalinin  daimi psixoloji yardıma, dəstəyə ehtiyacı var. Sosial işçilər yaşlı insanların ehtiyacları ilə maraqlanır və onların günlərini daha səmərəli keçirmələrinə kömək edirlər. Azərbaycanda da bu təcrübədən istifadə etmək olar”. 

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Avropada anomal istilər səbəbindən ölüm sayı 25 mini ötdü

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

Uzun müddət televizor izləyənlərin beynində BU DƏYİŞİKLİK OLUR

“Qarabağ” səfərdən məğlub qayıdır

“Qarabağ” səfərdən məğlub qayıdır

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Dilarə Kazımova beynəlxalq filmdə rol aldı – FOTO

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Süni intellektin təqlid edə bilmədiyi yeganə MƏQAM

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Böyük dəyişiklik yaşayacaq 3 BÜRC

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Türkiyəli nazir: “Avropalılar bizə gəlir və mümkün olmayanı istəyir”

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Tramp hərbi əməliyyatlara görə Heqseti TƏRİFLƏDİ

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Kadırov yenidən Çeçenistan rəhbərliyinə namizədliyini verdi

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Zelenski ilk dəfə Serbiyaya səfər edəcək

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Sonaxanım Əliyevanın arıqlama sirri üzə çıxdı - Dərmanlardan istifadə edibmiş

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində - FOTOLAR

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Hörmüz boğazı ilə bağlı razılaşmanın DETALLARI açıqlandı

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Sabah bu küçələrdə qaz olmayacaq

Sabah bu küçələrdə qaz olmayacaq

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? - SƏBƏB

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Fars": İran Hörmüz boğazına girişə nəzarət edəcək

"Səbail" Slavik Alxasovu transfer etdi

"Səbail" Slavik Alxasovu transfer etdi

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Bayramov: “Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi”

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Küveyt ölkədəki yeganə İran məktəbini bağladı - FOTO

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

Sabahın hava durumu bu insanlarda sıxıntı YARADA BİLƏR

End of content

No more pages to load

RADİO