Brüsseldə Qərbi Azərbaycana Qayıdışla bağlı beynəlxalq konfrans keçiriləcək – FOTO

Azərbaycanlıların və digər Türkdilli Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 23-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Brüsseldə keçiriləcək “Qərbi Azərbaycana Qayıdış layihəsinin beynəlxalq hüquqi aspektləri və təminatı" mövzusunda beynəlxalq konfransa qatılacaqlar.

Beynəlxalq tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycanlıların və digər Türkdilli Xalqlarının Əməkdaşlıq Mərkəzi İB-nin təşkilatçılığı, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin və Belçika-Türkcə Media Birliyinin tərəfdaşlığı ilə baş tutacaq.  

ATXƏM İB-nin sədri İlham İsmayılovla birlikdə səfərdə “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “LAF TV”-nin rəhbəri Ləman Ələşrəfqızı, "Demokrat.az" xəbər portalının rəhbəri Vasif Həsənli, "İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev, ATXƏM İB-in icra katibi, "Birlik" jurnalının bədii redaktoru Səadət Ramazanlı, ATXƏM İB-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Leyla Abbasova iştirak edəcəklər. 


Səfər zamanı keçiriləcək görüşlərdə Azərbaycan Respublikasının regionda üzləşdiyi problemlər, onun xarici əlaqələri, Qərbi Azərbaycan və Qarabağ məsələləri ilə bağlı son vəziyyət, xüsusilə də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının beynəlxalq hüquqi aspektləri və təminatı kimi mövzular müzakirə ediləcək. 
 

Səfər çərçivəsində oktyabrın 24-də Brüssel şəhərində fəaliyyət göstərən bələdiyyə, millət vəkilləri ilə və ayrı-ayrı təşkilatlarda görüşlər, oktyabrın 25-də Brüsseldə beynəlxalq konfrans və konfransdan sonra tədbir iştırakçıları ilə qala yeməyi təşkil olunacaq, 26-da isə tədbir iştırakçıları Almaniyanın Limburq şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan "Kanal Avropa TV"-nin "Brüssel" Kanal Gündəmi" proqramında qonaq olacaqlar.


Proqrama Azərbaycan-Belçika Dostluq Dərnəyinin başqanı Ayhan Dəmirçi və Belçika-Türkcə Media Birliyinin (BTMB) rəhbəri Hüseyn Dönmez də qatılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Astanada Qarabağ atının heykəlinin açılışı oldu – FOTO

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

End of content

No more pages to load

RADİO