Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə zamanı minik avtomobili “Bolt” kuryerinin idarə etdiyi mopedi vurub. Nəticədə mopedin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya aparılır.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Bizim.Media