Naxçıvanda “Könüllülük pedaqogikasının öyrənilməsi” adlı layihənin icrasına başlanılıb - FOTO

13 sentyabr tarixdə Naxçıvan Gənclər Mərkəzində “Estafet” Gənclərin İctimai Birliyinin “Könüllülük pedaqogikasının öyrənilməsi” layihəsinin açılış tədbiri keçirilib. 

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə "Estafet" Gənclərin İctimai Birliyinin sədri Tural Məmmədzadə qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqəsi elan edib. “Estafet” Gənclərin İctimai Birliyi bu müsabiqəyə “Könüllülük pedaqogikasının öyrənilməsi” adlı layihə ilə müraciət edərək qalib olub.
 

Layihənin həyata keçirilməsi üçün agentlik tərəfindən 9000 manat məbləğində qrant ayrılıb və layihənin icrasına başlanılıb.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət məsələləri şöbəsinin əməkdaşı Xanım İbrahimova, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov  və Azərbaycan Respublikası Gənclər Fondu Naxçıvan filialının direktoru, layihənin rəhbəri Arzu Qasımov çıxış edərək gənclərə, eləcə də gənclər təşkilatlarına yaradılan imkanlardan, qrant müsabiqələrinin əhəmiyyətindən danışıblar. 

Vurğulanıb ki, layihənin əsas istiqaməti gənclərin məlumatlılığının artırılması, könüllülük fəaliyyəti həyata keçirən qurumları və ali təhsil müəssisələrini bir araya gətirərək bu sahəyə elmi cəhətdən töhfə verməkdir.

Sonra Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Vəliyevanın təqdimatında "Gənclərin könüllülükdə iştirakının motivasiya əsasları və pedaqoji əhəmiyyəti", "Könüllü fəaliyyətin əsas kateqoriyalarının pedaqoji şərhi" mövzusunda seminar keçirilib. Seminarda 50 nəfər gənc iştirak edib. 

Qeyd edək ki, Azərbaycanda könüllülük pedaqogikasının öyrənilməsi və öyrədilməsini hədəfləyən layihə 2 ay ərzində Naxçıvan şəhərində baş tutacaq və muxtar respublika gənclərini, könüllüləri əhatə edəcək.

Layihə çərçivəsində 5 seminar və "Könüllülük: cəmiyyəti təkmilləşdirmək, özümüzü inkişaf etdirmək" mövzusunda konfrans həyata keçiriləcəkdir. Layihə, ümumilikdə, 680 gənci əhatə edəcək.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşları Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialı və Naxçıvan Müəllimlər İnstitutudur.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəkidə köməksiz vəziyyətdə qalan şəxslər belə xilas edilib - VİDEO

Şəkidə köməksiz vəziyyətdə qalan şəxslər belə xilas edilib - VİDEO

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Bu gün tarixdə nələr baş verib?

Bu gün tarixdə nələr baş verib?

Rəhbər olmağa ən meyilli 4 bürc

Rəhbər olmağa ən meyilli 4 bürc

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi -Sərvət dəyərindədir

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi -Sərvət dəyərindədir

Bundan sonra gec yaşlanmaq mümkün olacaq? – Siçanlar üzərində təcrübə maraq doğurub

Bundan sonra gec yaşlanmaq mümkün olacaq? – Siçanlar üzərində təcrübə maraq doğurub

Bakı sakinlərinə şad xəbər -22 il sonra...

Bakı sakinlərinə şad xəbər -22 il sonra...

Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək

Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək

Zelenski: Putin görüşə hazırdır

Zelenski: Putin görüşə hazırdır

Hantavirusa görə gəmidəki sərnişinlər təxliyə edildi

Hantavirusa görə gəmidəki sərnişinlər təxliyə edildi

Neftin qiyməti belə oldu - SON RƏQƏMLƏR

Neftin qiyməti belə oldu - SON RƏQƏMLƏR

Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR

Avropada Azərbaycan qazına ARTAN MARAQ – Daha bir ölkə idxala başlamaq İSTƏYİR

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

Yaraları necə tez sağaltmaq olar?

Yaraları necə tez sağaltmaq olar?

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

End of content

No more pages to load

RADİO