İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

ABŞ və İsrailin İrana qarşı mümkün yeni eskalasiyası Vaşinqton üçün ciddi siyasi və strateji risk yarada bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “The Nation” nəşrində dərc olunan məqalədə müəllif Maykl Kler yazıb.

Müəllif qeyd edir ki, 2026-cı il fevralın 28-də İrana qarşı genişmiqyaslı hava və raket zərbələri ilə başlayan əməliyyat əvvəlcə ölkənin hərbi və nüvə potensialını qısa müddətdə sıradan çıxarmaq, eləcə də rejim dəyişikliyinə nail olmaq cəhdi kimi qiymətləndirilirdi.
 

Lakin Klerin fikrincə, ABŞ administrasiyasının İranın hərbi infrastrukturuna ciddi zərər vurulduğu və onun böyük hissəsinin “neytrallaşdırıldığı” barədə bəyanatlarına baxmayaraq, əsas hədəflərə nail olunmayıb. İranda siyasi rejim qorunub, nüvə imkanları, o cümlədən yüksək zənginləşdirilmiş uran ehtiyatları isə hələ də qeyri-müəyyənlik mənbəyi olaraq qalır.


Məqalədə bildirilir ki, müharibənin hərbi nəticələri birmənalı olmayıb. Bir tərəfdən, ABŞ və müttəfiqləri İranın hərbi infrastrukturuna minlərlə hədəfi əhatə edən genişmiqyaslı zərbələr endirib və ciddi dağıntılara səbəb olub.

Digər tərəfdən, İran cavab tədbirləri görmək, regiondakı ABŞ obyektlərinə zərbələr endirmək və strateji əhəmiyyətli Hörmüz boğazını bloklamaq imkanını saxlayıb.

Müəllifin sözlərinə görə, bu vəziyyət neft və mayeləşdirilmiş təbii qaz tədarükünün pozulması səbəbindən qlobal enerji böhranına yol açıb, dünya bazarlarına və təchizat zəncirlərinə mənfi təsir göstərib.

Məqalədə münaqişənin humanitar və maddi nəticələrinə də diqqət çəkilir. Qeyd olunur ki, İran, Livan və İsraildə mülki əhali arasında ciddi itkilər qeydə alınıb, regionda enerji və nəqliyyat infrastrukturu dağıntılara məruz qalıb.
 

Əlavə təzyiq amili kimi ABŞ-ın raketdən müdafiə sistemlərinin və raket ehtiyatlarının tükənməsi göstərilir. Bu isə Çin və ya Rusiya ilə mümkün qarşıdurmalar da daxil olmaqla, digər strateji istiqamətlər üçün risklər yaradır.


Müəllif ABŞ-ın gələcək addımları ilə bağlı müxtəlif ssenariləri də təhlil edir. Bunlar arasında yeni hava zərbələri, Hörmüz boğazının dəniz blokadası və İran daxilində xüsusi əməliyyatlar ehtimalı yer alır.

Klerin fikrincə, bu variantların hamısı yüksək risklidir və daha geniş eskalasiyaya, qurbanların sayının artmasına və qlobal miqyaslı uzunmüddətli böhrana səbəb ola bilər.

Məqalədə yekun olaraq vurğulanır ki, İrana qarşı münaqişə strateji baxımdan ABŞ üçün sərfəli deyil və “uduşsuz” xarakter daşıya bilər. Çünki yeni eskalasiya Vaşinqtonun siyasi məqsədlərinə çatmasına zəmanət vermir, əvəzində dünyada iqtisadi sarsıntıları, inflyasiyanı və qeyri-sabitliyi artırır, ABŞ-ın özünün hərbi və siyasi xərclərini yüksəldir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Bu yolda tez-tez hadisələr baş verir: çəkiliş zamanı daha bir qəza oldu - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

Putin bu ölkəni Rusiyanın dostu adlandırdı - VİDEO

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

"Nokia" Çindəki bütün zavodlarını bağlayır

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI

Xəzər dənizi sahilində 1500 illik qızıl ayaqqabı TAPILDI

İran BƏƏ-yə raket hücumu etdi

İran BƏƏ-yə raket hücumu etdi

Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə BAĞLANIR

Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə BAĞLANIR

Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu

Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu

End of content

No more pages to load

RADİO