Hazırda Bakının mərkəzində maraqlı və əyləncəli şou nümayiş etdirilir.
Bizim.Media xəbər verir ki, Xaqani küçəsi Nizami adına Ədəbiyyat muzeyinin qarşısı boyunca əcnəbilərdən ibarət musiqi ifa olunur. Müxtəlif musiqi alətləri ilə təkərli çarxda hərəkət edən əcnəbilərin maraqlı şousu ətrafdakıların marağına səbəb olub.
Qeyd edək ki, bu gün Formula-1 yarışının ikinci günüdür. Yarış 12:30-da başlayacaq.
Bizim.Media