Peşəkar mühasib sertifikatı üzrə keçirilən imtahanın II mərhələsinin nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 11-də keçirilən peşəkar mühasib sertifikatı imtahanının II mərhələsinin (qanunvericilik üzrә) nəticələri açıqlanıb. İmtahan iştirakçıları DİM-in internet saytında nəticələri ilə tanış ola bilərlər.

DİM-dən Bizim.Media-ya bildirilib ki, namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 1609 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən 898 nəfər uğur əldə edib.

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 15-i 2 balla, açıq tipli tapşırıqların hər biri 10 balla qiymətləndirilir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər sentyabrın 16-sı saat 10:00-dan sentyabrın 20-si saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

I. Aşağıdakı sertifikat növlərini əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı

II. İmtahanın birinci mərhələsindən 35-dən 50-dək və imtahanın ikinci mərhələsindən 35 və ya daha çox bal toplamış namizədlər və imtahanın birinci mərhələsindən 35 və ya daha çox və imtahanın ikinci mərhələsindən 35-dən 50-dək bal toplamış namizədlər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı əldə etmək üçün imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

İmtahanlarda sertifikat əldə etmiş namizədlərin nəzərinə çatdırılır ki, müvafiq sertifikatlar hazır olandan sonra onlara bu barədə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bank işçiləri ilə bağlı qərar: İmtahanlara cəlb olunacaqlar

Bank işçiləri ilə bağlı qərar: İmtahanlara cəlb olunacaqlar

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Zaqatalada evin həyətindən meyit tapıldı

Zaqatalada evin həyətindən meyit tapıldı

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib

Trampın Çinə səfərinin vaxtı bəlli oldu

Trampın Çinə səfərinin vaxtı bəlli oldu

Həftəsonu 92 cinayətin üstü açıldı, 83 nəfər saxlanıldı

Həftəsonu 92 cinayətin üstü açıldı, 83 nəfər saxlanıldı

Vəfa Şərifova xəsətəxanaya düşdü – VİDEO

Vəfa Şərifova xəsətəxanaya düşdü – VİDEO

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Nəriman Axundzadənin komandası böyük xal fərqi ilə qalib gəldi

Nəriman Axundzadənin komandası böyük xal fərqi ilə qalib gəldi

ADA Universitetinin “Azerfoodathon 2026” layihəsi bu bölgədə icra olunub - FOTO

ADA Universitetinin “Azerfoodathon 2026” layihəsi bu bölgədə icra olunub - FOTO

FHN: Ötən həftə 32 nəfər xilas edilib, 8 nəfərin meyiti aşkarlanıb

FHN: Ötən həftə 32 nəfər xilas edilib, 8 nəfərin meyiti aşkarlanıb

İranda Netanyahuya niyə “bibi” deyirlər? – Baş nazir özü açıqladı

İranda Netanyahuya niyə “bibi” deyirlər? – Baş nazir özü açıqladı

İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlandı - VİDEO

İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlandı - VİDEO

Şəkidə köməksiz vəziyyətdə qalan şəxslər belə xilas edilib - VİDEO

Şəkidə köməksiz vəziyyətdə qalan şəxslər belə xilas edilib - VİDEO

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Bu gün tarixdə nələr baş verib?

Bu gün tarixdə nələr baş verib?

Rəhbər olmağa ən meyilli 4 bürc

Rəhbər olmağa ən meyilli 4 bürc

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

End of content

No more pages to load

RADİO