Əməkdar artist Rafiq İbrahimov vəfat edib

Bakı Bələdiyyə Teatrının veteran aktyoru, Əməkdar artist Rafiq İbrahimov vəfat edib.

Bizim.Media xəbər verir ki, R.İbrahimov 2 noyabr 1955-ci ildə anadan olub. 

Orta məktəb illərində Məmmədkamal Kazımovun rəhbərlik etdiyi Xalq Teatrına üzv olub. 1974-1978-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram, kino aktyorluğu fakültəsində təhsil alıb.

Bir müddət Tədris Teatrında, Sumqayıt Dövlət Dram Teatrında fəaliyyət göstərib, pedaqoji fəaliyyətlə məşğul olub, Azərbayan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı fənnini tədris edib. Yaradıcılıq Fondunun “Sönməyən ulduzlar” teatrında da çalışan, dublyaj ilə məşğul olan aktyorun yaradıcılığının əsas hissəsi Bakı Bələdiyyə Teatrı ilə bağlıdır.

1994-cü ildən Bakı Bələdiyyə Teatrında fəal çalışan Rafiq İbrahimov bir-birindən maraqlı obrazlar yaradıb.

Teatrın hazırladığı Nəriman Nərimanovun "Nadir şah" faciəsində Səlim xan, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" pyesində Fikrət, S.Rəşidinin "Mənim Ərdəbilim" əsərində Həşim ağa, O.Altunbayın "Tomris"ində Bagudar, F.Məmmədovun "Anasının gül balası"nda Şahmar, A.Məmmədovun "Dəli Domrul"nda Dədə Qorqud, N.Nərimanovun "Nadir şah"nda Səlimağa, N.Rəfibəylinin "Məhsətisində"- Şah, Əmir Pəhləvanın "İnsan və İblis"ndə İblis, A.Babayevin "Oğul"nda Cani, C.Cabbarlının "Dönüş"ndə Zaman, C.Məmmədquluzadənin "Ölülər"ində Səlim ağa, N.Hikmətin "Damokl qılıncı"nda Arxitektor, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə Ömər, A.Qurbaninin "Türk sancağı"nda Məşədi Heydər və b. tamaşalarda maraqlı rollara imza atıb.

R.İbrahimov eyni zamanda kinoda da bir aktyor kimi müxtəlif səpgili obrazlar yaradıb.

“Ağ atlı oğlan”da polis işçisi (1995, tammetrajlı bədii film), “Hökmdarın taleyi”ndə (2008, tammetrajlı bədii film), “Sonuncu dərviş”də raykom nümayəndəsi(2009, tammetrajlı bədii film), “Dələduzlar”da şikayətçi (2014, tammetrajlı bədii film) və s. filmlərdə aktyorun oynadığı roller tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Zaqatalada evin həyətindən meyit tapıldı

Zaqatalada evin həyətindən meyit tapıldı

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib

Trampın Çinə səfərinin vaxtı bəlli oldu

Trampın Çinə səfərinin vaxtı bəlli oldu

Həftəsonu 92 cinayətin üstü açıldı, 83 nəfər saxlanıldı

Həftəsonu 92 cinayətin üstü açıldı, 83 nəfər saxlanıldı

Vəfa Şərifova xəsətəxanaya düşdü – VİDEO

Vəfa Şərifova xəsətəxanaya düşdü – VİDEO

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Nəriman Axundzadənin komandası böyük xal fərqi ilə qalib gəldi

Nəriman Axundzadənin komandası böyük xal fərqi ilə qalib gəldi

ADA Universitetinin “Azerfoodathon 2026” layihəsi bu bölgədə icra olunub - FOTO

ADA Universitetinin “Azerfoodathon 2026” layihəsi bu bölgədə icra olunub - FOTO

FHN: Ötən həftə 32 nəfər xilas edilib, 8 nəfərin meyiti aşkarlanıb

FHN: Ötən həftə 32 nəfər xilas edilib, 8 nəfərin meyiti aşkarlanıb

İranda Netanyahuya niyə “bibi” deyirlər? – Baş nazir özü açıqladı

İranda Netanyahuya niyə “bibi” deyirlər? – Baş nazir özü açıqladı

İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlandı - VİDEO

İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlandı - VİDEO

Şəkidə köməksiz vəziyyətdə qalan şəxslər belə xilas edilib - VİDEO

Şəkidə köməksiz vəziyyətdə qalan şəxslər belə xilas edilib - VİDEO

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Bu gün tarixdə nələr baş verib?

Bu gün tarixdə nələr baş verib?

Rəhbər olmağa ən meyilli 4 bürc

Rəhbər olmağa ən meyilli 4 bürc

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi -Sərvət dəyərindədir

Kim köhnə telefonları saxlayıbsa, bəxti gətirdi -Sərvət dəyərindədir

End of content

No more pages to load

RADİO