Axşam saatlarında Şəkidə baş verən qəzada qadın müxtəlif dərəcəli xəsarətlər alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhərin Sabit Rəhman küçəsində hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü küçəni keçmək istəyən 38 yaşlı şəhər sakini Xəyalə Əfəndiyevanı vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının köməyi ilə yaralı qadın Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, müayinə olunduqdan sonra müalicələr başlanılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Baş vermiş qəza ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu