"Sinfin döşəməsi dağılıb, direktor isə kimə istəyirsiniz müraciət edin deyir" - ŞİKAYƏT/VİDEO

Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 136 nömrəli tam orta məktəbdəki təmirsiz sinif otaqları valideynlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a valideynlərdən biri məlumat verib.

O şikayətində iddia edib ki, məktəbin direktoru Aysel Şərbətova valideynlərə "Kimə istəyirsiniz şikayət edin, bəyənmirsiniz uşaqlarınızı məktəbdən çıxardın, başqa məktəbdə təhsil alsınlar, bu, sizin haqqınızdır" deyib. Həmçinin o, sinif otaqlarının bu halda olmasının günahını da valideynlərdə görüb.

"Məktəbdəki siniflər elə gündədir ki, orada uşaqların dərs oxuması üçün heç bir şərait yoxdur. Sinfin qapılarında salamat yer yoxdur, döşəmə dağılıb, divarlardakı suvaq uçub tökülüb. Direktora şikayət edəndə isə deyir ki, bunu sizin tərbiyə verdiyiniz övladlarınız edib. Lakin bildirmək istərdim ki, həmin sinfə daxil olanlar ibtidai sinif şagirdləridir və hələ bu il məktəbə gedəcəklər. Əgər bunları uşaqlar edibsə belə niyə vaxtında lazımi tədbirlər görülməyib?" - deyə şikayətçi qeyd edib.

Məsələ ilə bağlı 136 nömrəli tam orta məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin təmiri məsələsinin növbəti sosial inkişaf proqramında nəzərə alınması gözlənilir:

"Sentyabrın 12-si məktəb direktoru ilə valideynlərin görüşü keçirilib. Bir neçə valideyn V siniflərin II növbəyə keçirilməsi ilə bağlı narazılığını ifadə edib, digər məsələlərdə anlaşılmazlıq olmayıb.

Valideynlərə bunun səbəbləri və tədrisin təşkili ilə bağlı məktəbdaxili qaydalar izah olunub. Bəzi valideynlər növbəyə görə övladının məktəbini dəyişmək istədiyini bildirib.

Məktəbin təmir olunması məsələsi diqqət mərkəzində saxlanılır. Həmçinin məktəbin təmirinin növbəti sosial inkişaf proqramında nəzərə alınması gözlənilir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bank işçiləri ilə bağlı qərar: İmtahanlara cəlb olunacaqlar

Bank işçiləri ilə bağlı qərar: İmtahanlara cəlb olunacaqlar

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Zaqatalada evin həyətindən meyit tapıldı

Zaqatalada evin həyətindən meyit tapıldı

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib

Trampın Çinə səfərinin vaxtı bəlli oldu

Trampın Çinə səfərinin vaxtı bəlli oldu

Həftəsonu 92 cinayətin üstü açıldı, 83 nəfər saxlanıldı

Həftəsonu 92 cinayətin üstü açıldı, 83 nəfər saxlanıldı

Vəfa Şərifova xəsətəxanaya düşdü – VİDEO

Vəfa Şərifova xəsətəxanaya düşdü – VİDEO

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Nəriman Axundzadənin komandası böyük xal fərqi ilə qalib gəldi

Nəriman Axundzadənin komandası böyük xal fərqi ilə qalib gəldi

ADA Universitetinin “Azerfoodathon 2026” layihəsi bu bölgədə icra olunub - FOTO

ADA Universitetinin “Azerfoodathon 2026” layihəsi bu bölgədə icra olunub - FOTO

FHN: Ötən həftə 32 nəfər xilas edilib, 8 nəfərin meyiti aşkarlanıb

FHN: Ötən həftə 32 nəfər xilas edilib, 8 nəfərin meyiti aşkarlanıb

İranda Netanyahuya niyə “bibi” deyirlər? – Baş nazir özü açıqladı

İranda Netanyahuya niyə “bibi” deyirlər? – Baş nazir özü açıqladı

İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlandı - VİDEO

İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlandı - VİDEO

Şəkidə köməksiz vəziyyətdə qalan şəxslər belə xilas edilib - VİDEO

Şəkidə köməksiz vəziyyətdə qalan şəxslər belə xilas edilib - VİDEO

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Bu gün tarixdə nələr baş verib?

Bu gün tarixdə nələr baş verib?

Rəhbər olmağa ən meyilli 4 bürc

Rəhbər olmağa ən meyilli 4 bürc

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

End of content

No more pages to load

RADİO