Müəllimdən xəbərsiz onun dərs yükü azaldıla və ya artırıla BİLƏRMİ? - Rəsmi AÇIQLAMA

Bilirik ki, təhsil müəssisələrində hər müəllimin özünəməxsus olaraq  müvafiq şəkildə dərs saatları təyin edilir. Bəzən hüquqlarını tam bilməyən müəllimlər arasında belə bir sual yaranır ki, dərs yükü onlardan xəbərsiz olaraq azaldılıb və ya artırıla bilər?

Bizim.Media məsələni araşdırıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən saytımıza verilən açıqlamada bildirilib ki, təhsil müəssisələrində iş saatı Əmək müqaviləsi və müəssisənin daxili nizam-intizam qaydaları ilə tənzimlənir.  

Qurumdan bildirilib ki, dərs yükü müəllimdən xəbərsiz dəyişdirilə bilməz və müəllimlərin həftəlik dərs yükü 36 saatı aşa bilməz:

“Müəllimlər arasında dərs yükü bölgüsü məktəb rəhbərliyi tərəfindən aparılır, məktəbin pedaqoji şurasında müzakirə olunaraq təsdiq edilir və direktorun əmri ilə rəsmiləşdirilir. Müəllimdən xəbərsiz onun dərs yükü artırıla və ya azaldıla bilməz”.

Sözügedən məsələylə bağlı təhsil ekspertinin də fikrini öyrəndik.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri saytımıza açıqlamasında qeyd edib ki, bir neçə ildir ki, bizdə on minlərlə müəllimin cəlb olunduğu müəllimlərin sertifikasiyalaşdırılmasının əsas məqsədi məhz müəllimlərin dərs yükünün və aldıqları məvacibin sertifikasiya balına görə müəyyənləşdirilməsi, eləcə də differensial əməkhaqqı artımının bu minvalla həyata keçirilməsidir.

O, bu qaydanın çox yaxşı olduğunu vurğulasa da, yaşanan mənfi hallardan da danışıb:

“Bu prosesdə yaşanan neqativ hallar da var, bunlardan biri də müəllimlərin dərs yükünün azaldılması, onun dərs saatının başqasına verilməsidir. Biz dəfələrlə hər hansı bir müəllimin dərs yükünün özündən xəbərsiz şəkildə azaldığını, məktəb rəhbərliyinin təkidi, təzyiqiylə, əsassız səbəblərlə alınıb başqalarına verildiyinə şahid oluruq. Bu,  birbaşa olaraq təhsil istiqamətində hüquqi normaların pozulması deməkdir”.

Ekspert bəzi müəllimlərin öz hüquqlarından xəbərsiz olmasını təəsüflə vurğulayıb:

“Müəllimin vəzifə və öhdəlikləri olduğu qədər hüquqları da var. Təəsüflər olsun ki, bizim bir çox müəllimimiz özlərinin məktəbdaxili və məktəbdənkənar bir çox hüquqlarından xəbərsiz olmalarıdır. Müəllimlər hüquqlarını bilsələr, təhsil qanunlarına əsasən hərəkət etsələr, o cümlədən, məktəblərin ümumi nizam-intizam qaydalarını, Nazirlər Kabinetinin bu istiqamətdə  verdiyi qaydaları mənimsəsələr, hüquqlarının tapdalanmasına, dərs saatlarının əllərindən alınmasına icazə verməzlər”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bank işçiləri ilə bağlı qərar: İmtahanlara cəlb olunacaqlar

Bank işçiləri ilə bağlı qərar: İmtahanlara cəlb olunacaqlar

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Zaqatalada evin həyətindən meyit tapıldı

Zaqatalada evin həyətindən meyit tapıldı

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib

Trampın Çinə səfərinin vaxtı bəlli oldu

Trampın Çinə səfərinin vaxtı bəlli oldu

Həftəsonu 92 cinayətin üstü açıldı, 83 nəfər saxlanıldı

Həftəsonu 92 cinayətin üstü açıldı, 83 nəfər saxlanıldı

Vəfa Şərifova xəsətəxanaya düşdü – VİDEO

Vəfa Şərifova xəsətəxanaya düşdü – VİDEO

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Nəriman Axundzadənin komandası böyük xal fərqi ilə qalib gəldi

Nəriman Axundzadənin komandası böyük xal fərqi ilə qalib gəldi

ADA Universitetinin “Azerfoodathon 2026” layihəsi bu bölgədə icra olunub - FOTO

ADA Universitetinin “Azerfoodathon 2026” layihəsi bu bölgədə icra olunub - FOTO

FHN: Ötən həftə 32 nəfər xilas edilib, 8 nəfərin meyiti aşkarlanıb

FHN: Ötən həftə 32 nəfər xilas edilib, 8 nəfərin meyiti aşkarlanıb

İranda Netanyahuya niyə “bibi” deyirlər? – Baş nazir özü açıqladı

İranda Netanyahuya niyə “bibi” deyirlər? – Baş nazir özü açıqladı

İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlandı - VİDEO

İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlandı - VİDEO

Şəkidə köməksiz vəziyyətdə qalan şəxslər belə xilas edilib - VİDEO

Şəkidə köməksiz vəziyyətdə qalan şəxslər belə xilas edilib - VİDEO

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Suitiyə daş atmaq ona baha başa gəldi – Məşhur iş adamı həbs oluna bilər

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Göygöldə maşın dirəyə çırpıldı, 5 nəfər xəstəxanalıq oldu

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Bu gün tarixdə nələr baş verib?

Bu gün tarixdə nələr baş verib?

Rəhbər olmağa ən meyilli 4 bürc

Rəhbər olmağa ən meyilli 4 bürc

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Bu gün nə istəsəniz yeyə bilərsiniz

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Kinematoqrafçılar İttifaqının sədri postuna onlar namizəd oldular - ADLAR

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

End of content

No more pages to load

RADİO