Hazırda Bakı Metrosunda 3 xətt üzrə 61 qatar fəaliyyətdədir. Bu qatarların 23-ü yeni nəsil və yaxud sərnişinlərin kondisionerli adlandırdığı qatarlardır.
Bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-nın sualına cavab olaraq deyib.
O bildirib ki, hazırda xətdə olan qatarların 50 faizi yeni nəsil qatarlardır:
“Yeni nəsil qatarların hər biri yaşıl, qırmızı xətlərimizdə hərəkət edr. 3 qatarımız - İçərişəhər – Həzi Aslanov, 20 qatar isə Dərnəgül – Həzi Aslanov istiqamətində hərəkət edir. Bu nəsil qatarlar da gün ərzində 40-46 qatar xətdə olduğundan təxminən xətdə olan qatarların 50 faizə yaxını yeni nəsil qatarlar hesab oluna bilər”.
Günay Şahmar, Səid Qurbanov, Bizim.Media