Göygöldə toyda döyülmə hadisəsi baş verib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki şadlıq saraylarının birində qeydə alınıb.
Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E. Nəbiyev xuliqanlıq zəminində döyülərək xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakink R. Cəlilov saxlanılaraq istintaqa təhvil verilib.
Hadisənin musiqi sifarişi üstündə baş verdiyi deyilir.
Bizim.Media