Generalın rektor olduğu akademiyanın saytı LƏĞV EDİLDİ - Müəmmalı QƏRAR

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının veb-səhifəsi ləğv edilib.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, general-mayor Baba Salayevin rəhbərlik etdiyi təhsil mərkəzinin fəaliyyəti barədə qısa məlumatlar yalnız Fövqəladə Hallar Nazirliyinin saytında dərc edilir.

Azərbaycanda dövlət qurumlarının nəzdində fəaliyyət göstərən bütün ali təhsil ocaqlarının rəsmi saytlarının olması gözlənilsə də, 21-ci əsrdə sözügedən akademiyanın saytının ləğv edilməsi müəmmalı qərar kimi qiymətləndirilir.

Nəticədə akademiya haqqında geniş və ətraflı məlumat almaq mümkün deyil.

Akademiya nazirliyin idarə və təşkilatlarının siyahısında yer alır.

Hazırda akademiyanın müəllim kontingenti, onların elmi tədqiqatları, məqalələri və digər məlumatlar haqqında heç bir məlumata rast gəlmək mümkün deyil.

Qeyd edək ki, bu ilin aprel ayına qədər akademiyanın rəhbər şəxslərinin adı yer alan sayt mövcud idi. 24.04.2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) www.fhn.gov.az ünvanında yerləşən rəsmi internet informasiya resursu tam yeniləndikdən sonra sözügedən veb səhifə silinib.

Xatırladaq ki, müasir dövrdə təhsil sahəsində veb saytlar əvəzolunmaz alətlərdən birinə çevrilib. Bu saytlar təkcə informasiya paylaşımı üçün deyil, həm də tədris prosesinin təkmilləşdirilməsi, tələbə və müəllimlər arasındakı əlaqələrin gücləndirilməsi və idarəetmə funksiyalarının optimallaşdırılması üçün istifadə olunur.

Təhsil saytları tələbələr, valideynlər, müəllimlər və digər maraqlı tərəflər üçün vacib məlumat mənbəyidir. Bu saytlar vasitəsilə tədris proqramları, qəbul şərtləri, dərs cədvəlləri və təhsil müəssisəsinin fəaliyyətləri haqqında ətraflı məlumat əldə etmək mümkündür.

FHN-in saytında 27 avqust 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyası barəsində elan verilib. Elanda, Elm və Təhsil Nazirliyinin www.portal.edu.az elektron portalında təhsilin bakalavr səviyyəsinə qəbul olmuş tələbələrin qeydiyyatdan keçmələri və pambıq parçadan qara rəngdə corab (azı 3 cüt), paltar və ayaqqabı təmizləmək üçün şotkalar, qara rəngdə ayaqqabı kremi götürüb, Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yaxınlaşmaları tövsiyə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Xırdalanda zavodda kişi ölüb

Xırdalanda zavodda kişi ölüb

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

43 ildir buna görə evlənmirlər

43 ildir buna görə evlənmirlər

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

“Şamaxı”nın legionerinin durumu

“Şamaxı”nın legionerinin durumu

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

End of content

No more pages to load

RADİO