Tibb inkişaf etsə də, dəbdən düşmürlər – Sınıqçı və çöpçülərə etibar etmək OLARMI?

Azərbaycanda, xüsusilə bölgələrdə bədən üzvlərində yaranan problemə, sınıq və çıxıq probleminə görə sınıqçıya üz tutanlar az deyil. Bunun bölgələrdə hələ də işlək olmasına səbəb bütün kəndlərdə tibb məntəqələrinin olmaması, yəni xəstəxanaların əlçatan olmaması, həm də xalq təbabətinə inamın güclü olmasıdır. Lakin bu varinat heç də həmişə fayda vermir. Müəyyən fəsadlarla sonradan həkimə müraciət edənlərlə yanaşı, ömürlük şikəst qalanlar da olur.

Bədbəxt hadisə ilə nəticələnən daha bir sınıqçı müalicəsi Biləsuvar rayonunda baş verib. Belə ki, sentyabrın 9-u sınıqçı Nərgiz İmanova 2 yaşlı körpəni masaj edərkən azyaşlı ölüb.

Bəs ⁠insanlar tibb elminin inkişaf etdiyi dövrdə niyə sınıqçılara, türkəçarəyə üz tutmağı seçir? Sınıqçı, çöpçü kimi tanınan şəxslərə nə dərəcədə etibar etmək olar? Ümumiyyətlə, tibbdə bunun bir təsdiqi varmı?

Mövzu barədə fikirlərini Bizim.Media ilə bölüşən həkim Rasif Bağırov tibb sahəsi üzrə təhsili olmayanların bu işlərlə məşğul olmalarını düzgün hesab etməyib:

“Sınıqçı, çöpçü bu gün Azərbaycan insanının həyatında müəyyən qədər rol oynayır. Yəni əhalinin müəyyən hissəsi onların xidmətindən istifadə edir. Amma qayda-qanun bundan ibarətdir ki, ixtisaslı tibb işçiləri olmayan hər hansı adama müəyyən tibbi prosedurla bağlı müraciət etmək düzgün deyil. Qayda belədir ki, tibb ixtisası üzrə ixtisaslaşmış insanlar ancaq bu işlərlə məşğul ola bilərlər”.

O hesab edir ki, sınıqçılar müəyyən işin öhdəsindən gəlsələr də, sonrakı problemin həllində acizdirlər:

“Sadəcə cəmiyyətdə lap qədimdən bu işlərlə məşğul olan insanlar olub, onların müəyyən təcrübələri var. Amma təcrübə nə qədər çox olsa da, həkimin verdiyi biliyi təcrübə onlara heç vaxt verməyəcək. Onlar həmişə müəyyən işləri görə biləcəklər, amma problem ortaya çıxanda onun nədən qaynaqlandığını müəyyən eləmək onlar üçün çətin olacaq. Ona görə də vacibdir ki, insanlar ancaq ixtisaslı həkimlərə, tibb işçilərinə müraciət etsinlər”.

Günay Şahmar, Bizim.Media 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Sabah külək güclənəcək – XƏBƏRDARLIQ

Xırdalanda zavodda kişi ölüb

Xırdalanda zavodda kişi ölüb

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

Gələn il veteranlara verilən 80 manat artırılacaq?

43 ildir buna görə evlənmirlər

43 ildir buna görə evlənmirlər

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

“Körpə gəzintidə” filmi gerçək oldu – Bu dəfə Türkiyədə - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Xaçmaz məktəbliləri Zəfər tarixini canlı izlədilər – Qənimətlər Parkına unudulmaz səfər - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

Paşinyan metroda pis vəziyyətə düşdü - VİDEO

“Şamaxı”nın legionerinin durumu

“Şamaxı”nın legionerinin durumu

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Növbəti 3 gün yağıntı intensivləşəcək, sel keçəcək

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Bakı–Masallı yolunda tıxac yarandı - VİDEO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Məşhur müğənni şəkillərindən icazəsiz istifadəyə görə inanılmaz təzminat tələb etdi - FOTO

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Azərbaycanın bölgələrində evlər kəskin bahalaşıb

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

Renat Dadaşov oynadı, komandası qələbə qazandı – VİDEO

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Sosial şəbəkədə QAN AXTARIŞI: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər? - VİDEO

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

End of content

No more pages to load

RADİO