Biləsuvar rayonunda qazıntı zamanı qaz xətti zədələnib.
Bizim.Media xəbər verir ki, rayonun Arazbari kəndində internet xətti çəkən şirkət tərəfindən qazıntı işi aparılarkən polietilen qaz xətti zədələnib.
Qaz sızması ilə əlaqədar Səmədabad və Arazbarı kəndlərinin 550 abonentinin qaz təminatı dayandırılıb.
Sabutay, Bizim.Media, Cənub bürosu