Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə saat 9 radələrində Şirvan şəhəri Naxçıvani prospektində qeydə alınıb.
Qəza zamanı xəsarət alan 11 yaşlı Əsgərov Savalan Ramal oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media