AMEA Polimer Materialları İnstututunun keçmiş əməkdaşından Prezidentə MÜRACİƏT...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Sumqayıtda yerləşən Polimer Materialları İnstututunun Kadrlar şöbəsinin keçmiş müdiri, Laçın rayonundan məcburi köçkün Ağayev Əlibala Eldar oğlu işindən qanunsuz kənarlaşdırılması ilə bağlı prezident İlham Əliyevə şikayət ərizəsi ilə müraciət edib. Müraciətdə bildirilir ki, Ə. Ağayev AMEA rəhbərliyində təmsil olunan bəzi şəxslərin qərəzli münasibətinə görə işini itirib. Müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə,

Sumqayıt şəhəri, H. Z. Tağıyev qəs. S. Bəhlulzadə küç. ev-1, mən-16-da yaşayan məcburi köçkün Ağayev Əlibala Eldar oğlu tərəfindən

Ə R İ Z Ə

Möhtərəm Prezident!

Bu günə qədər müraciət etdiyim strukturlarda hüququm bərpa olunmadığı üçün yenidən Sizə üz tutmalı oldum. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən heç bir qanuni əsas olmadan işimdən uzaqlaşdırılmışam.xa0
Nəzərinizə çatdırım ki, 29.09. 2014-cü ildə Sumqayıt şəhər Məşğulluq Mərkəzinin rəsmi göndərişi ilə AMEA-nın Polimer Materialları İnstitutunda boş olan kadrlar şöbəsinin rəisi vəzifəsinə işə qəbul olunmuşam. İşlədiyim müddət ərzində öz vəzifəmi layiqincə yerinə yetirməyə çalışmışam. Lakin buna baxmayaraq 2017-ci ilin aprel ayında institut rəhbərliyi heç bir əsas olmadan mənim əmək müqaviləmi yeniləmədi və məni işdən uzaqlaşdırdı. Şifahi söhbətimiz zamanı izə direktor Bəxtiyar Məmmədov bildirdi ki, sən get AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevlə danış, razılaş. Sənin işdən çıxarılmağını o tələb edir.
Mən başa düşə bilmirəm ki, Fətəli Abdullayevin mənimlə nə şəxsi qərəzliyi var?

Möhtərəm Prezident!

Mən işlədiyim müddətdə institut əməkdaşlarının işə davamiyyəti və digər nizam-intizam qaydalarına əməl edilməsi prinsiplərini qorumağa çalışmışam. Bununla əlaqədar davamlı olaraq üzrlü səbəbdən işə gəlməyən əməkdaşlardan biri- Xəlilli Leyladan işə gəlməsini tələb etdim. Sonradan öyrəndim ki, həmin əməkdaş Fətəli Abdullayevin qohumudur və mənim bu davranışım F. Abdullayevin “xoşuna gəlməyib”. İnstututn o zamankı rəhbəri Akif Əzizov bunu mənə açıq söylədi və bildirdi ki, F. Abdullayev səni işdən çıxarmağımı tələb edir.
Bundan başqa, AMEA-nın İşlər İdarəsi F. Abdullayevin PMİ ilə bağlı digər qanunsuz əməllərinin, qanun pozuntularının qarşısını almağa çalışdığım üçün mənimlə düşmən kəsildiyini özü etiraf etməli oldu. Belə ki, institutun ərazisinin xeyli hissəsinin qeyri-qanuni olaraq hansısa tikinti firmasına verilməsi “əməliyyatı”nı F. Abdullayev şəxsən özü həyata keçirmişdir (27 may, 2015-ci ildə “Sumqayıt MTK” ilə bağlanan 15 saylı müqavilə). Qarşılığında isə F. Abdullayev həmin firmadan 116 və 110 kvadratmetrlik iki dənə 3 otaqlı mənzil almışdır. Mənim bununla bağlı etirazlarım da onun “qəzəbinə tuş gəlməyimə” səbəb olmuşdur.
Beləliklə, 26.04.2017-ci ildə əmək müqaviləmin müddəti bitdikdə mənimlə yenidən müqavilə imzalanmasından qeyri-qnuni olaraq imtina edildi. İnstitutun yeni rəhbəri prof. Bəxtiyar Məmmədov mənə öz otağında bildirdi ki, bu məsələ F. Abdullayev tərəfindən qərarlaşdırılıb. O, mənim işdən azad edilməyimi B. Məmmədovdan tələb edib.

Möhtərəm Prezident!

Mən pozulmuş əmək hüququmun bərpa edilməsi məqsədilə Sumqayıt şəhər Məhkəməsinə müraicət etsəm də müxtəlif mənbələrdən öyrəndiyim məlumata görə, F. Abdullayev özünün əlaqələrindən istifadə edərək məhkəmənin mənim şikayətim barədə müsbət qərar verməsinə qarşı təsir göstərib.xa0
Nəzərinizə çatdırlm ki, mənim dörd övladım var. Onların ikisi tələbə, ikisi isə məktəblidir. Məcburi köçkün ailəsi olaraq sosial vəziyyətimiz ağırdır. Belə bir vəziyyətdə Sizə müraciət edərək xahiş edirəm ki, məni F. Abdullayevin qanunsuz əməllərinin qurbanı olmaqdan xilas edəsiniz və pozulmuş hüquqlarımın bərpa olunmasında köməklik göstərəsiniz.

Hörmətlə: Ağayev Ə. E.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

500 nömrəli Bakı-Sumqayıt avtobuslarında kondisioner niyə işləmir? - VİDEO

500 nömrəli Bakı-Sumqayıt avtobuslarında kondisioner niyə işləmir? - VİDEO

“Uzak Şehir”ə vida edən Ferit Kaya yeni serialda - FOTO

“Uzak Şehir”ə vida edən Ferit Kaya yeni serialda - FOTO

İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - PROQNOZ

İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - PROQNOZ

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Leyla Əliyevanın doğum günüdür

Leyla Əliyevanın doğum günüdür

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

“İmişli” yeni baş məşqçisini açıqladı

“İmişli” yeni baş məşqçisini açıqladı

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Leandro Andrade “Sabah”a qol vurdu

Leandro Andrade “Sabah”a qol vurdu

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Çayda batan Muradın FOTOSU

Çayda batan Muradın FOTOSU

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

“Neftçi” Rumıniya klubuna uduzdu

“Neftçi” Rumıniya klubuna uduzdu

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

"Avroviziya" təmsilçimizə yüksək vəzifə verildi

"Avroviziya" təmsilçimizə yüksək vəzifə verildi

End of content

No more pages to load

RADİO