Ev alanların NƏZƏRİNƏ: Sənədlərin həqiqiliyini elektron yoxlamaq mümkün oldu

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın təmin olunması, prosedurların sadələşdirilməsi məqsədilə tətbiq edilən son yeniliklərdən biri texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin elektron formada təqdim edilməsidir.

Bizim.Media Əmlak Məsələləri Dövlət Xidmətinə istinadənəbər verir ki, Mülkiyyət hüququnu təsdiq edən sənədlə yanaşı, daşınmaz əmlaka dair texniki sənədlərin elektron qaydada verilməsi daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsinə, əmlakın qeydiyyatının daha da sadələşdirilməsinə imkan verib. Artıq mülkiyyətçilər daşınmaz əmlaka dair texniki sənədlərini onlayn formada qeydiyyat və reyestr nömrələrini qeyd etməklə yoxlaya bilirlər.

Torpaq sahəsinin plan və ölçü sənədi, mənzil, fərdi yaşayış evi və digər daşınmaz əmlaklara dair texniki sənədlərin əslinə ”www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalında təqdim olunan “Daşınmaz əmlaka dair texniki sənədin (texniki pasport və ya torpaq sahəsinin planı və ölçüsü) yoxlanılması” elektron xidməti vasitəsilə baxış keçirmək olar.

Adıçəkilən xidmətə keçid zamanı açılan pəncərədə texniki sənədin qeydiyyat və reyestr nömrəsini daxil edərək axtarış etmək mümkündür. Bu xidmət istifadəçiyə daşınmaz əmlak haqqında dolğun və həqiqi məlumat almağa imkan verir. Belə ki, qeyd edilən nömrələr əsasında sistemdə aşkar olunan plan ölçü və ya texniki pasportun təsviri əks olunur. Burada hüquq sahibinin məlumatları, daşınmaz əmlaka dair məlumatları və texniki təsviri göstərilir.

Texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin elektron müstəviyə keçilməsi ilə sənədin itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər, eləcə də sənədlərin saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halları tamamilə aradan qaldırılır, daşınmaz əmlak barədə etibarlı mənbədən məlumat almaq imkanı yaranır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Demi Murun son halı mübahisələrə səbəb oldu – FOTO

Demi Murun son halı mübahisələrə səbəb oldu – FOTO

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi – CƏDVƏL

Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək

Sabah bir neçə rayon və şəhərin qazı kəsiləcək

Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

Saleh Səmədovun ilk məhkəməsi oldu - Ev dustaqlığına buraxılmadı

Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

Media nümayəndələri üçün WUF13-lə bağlı görülən işlərin təqdimatı keçirildi – FOTO

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

MEDİA jurnalistlər üçün müsabiqə ELAN ETDİ

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Azərbaycana keçirdikləri 373 kq narkotiki son anda dənizə atıblar – DETALLAR

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Lindsi Lohan “tanınmaz” görünüşü ilə müzakirə yaratdı – FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Yuxarı Talada əsrlərin ƏNƏNƏSİ - “Maxara”dan rəngarəng GÖRÜNTÜLƏR - FOTO

Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI

Bakıdan Bratislavaya uçuşlar başlayacaq: Tarix AÇIQLANDI

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Xankəndi şəhərinin baş planı yaxın vaxtlarda təqdim ediləcək

Lukas Torreiraya hücumun ANBAAN VİDEOSU

Lukas Torreiraya hücumun ANBAAN VİDEOSU

Azərbaycanlı futbolçu dubl etdi, komandası qələbə qazandı – VİDEO

Azərbaycanlı futbolçu dubl etdi, komandası qələbə qazandı – VİDEO

Polislə yanaşı vətəndaş...

Polislə yanaşı vətəndaş...

WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI - FOTO

WUF13 akkreditasiya kartlarının veriləcəyi TARİX AÇIQLANDI - FOTO

Saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırma başladı

Saxta sağlamlıq arayışı verən "General Hospital"da araşdırma başladı

Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib - FOTO

Bakıda V Uşaq Kitab Festivalının açılış mərasimi keçirilib - FOTO

Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər

Rusiya generalları Putinə Donbası payıza qədər ələ keçirməyi vəd ediblər

Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı – FOTO

Növbəti köç karvanı Zəngilan şəhərinə çatdı – FOTO

Göyərtəsində 11 nəfər olan təyyarə Atlantik okeanına düşdü - VİDEO

Göyərtəsində 11 nəfər olan təyyarə Atlantik okeanına düşdü - VİDEO

“Bavariya” Noyerlə razılığa gəldi

“Bavariya” Noyerlə razılığa gəldi

Keçmiş hakimlər vəkil oldu– SİYAHI

Keçmiş hakimlər vəkil oldu– SİYAHI

Şükürbəyli kəndində daha 97 ailəyə evlərinin açarları təqdim olundu

Şükürbəyli kəndində daha 97 ailəyə evlərinin açarları təqdim olundu

BTQ: Fransanın Yeni Kaledoniyadaki etirazları zorakılıqla yatırmasından 2 il ötür – VİDEO

BTQ: Fransanın Yeni Kaledoniyadaki etirazları zorakılıqla yatırmasından 2 il ötür – VİDEO

End of content

No more pages to load

RADİO