Cari ilin birinci yarısında qeydə alınmış cinayətlərdən 1757-si narkomanlar tərəfindən törədilib.
Bu cinayətlərin 91,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır.
Bizim.Media Dövlət Statistika Komitəsininə istinadən xəbər verir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş şəxslərin 67,8 faizi əmək qabiliyyətli yaşda olub işləməyən və təhsil almayanlardır.
Cinayət törədənlərin 3,1 faizi qadınlar, 0,6 faizi isə xarici ölkə vətəndaşlarıdır. Onların 7,6 faizini 24 və aşağı yaşlı, 15,9 faizini 25-29 yaşlı, 76,5 faizini isə 30 və yuxarı yaşlı şəxslər təşkil edib.
Nuray, Bizim.Media