2024-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 19243 nəfər artıb. 2024-cü il iyul ayının 1-i əhalinin sayı 1.0200013 nəfərə çatıb. Əhalinin sayına əsasən qadınların sayı çoxluq təşkil edir.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür. Bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22250 nikah və 10430 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyib.
Nuray, Bizim.Media