Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim. Media-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Aşıqlı kəndi ərazisində baş verib.
Hərəkətdə olan KAMAZ markalı yük avtomobili ilə VAZ 21015 markalı minik maşınının toqquşması nəticəsində 1 nəfərin xəsarət alaraq xəstəxanaya aparıldığı bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu