“2 min manatı dana ətinə verməkdənsə...” – İlahiyyatçıdan ehsan israfçılığına ETİRAZ

“Çox təəssüf ki, müəyyən səbəblərdən bəzi dini terminlər, məfhumlar və əməllər zamanla təhrif edilərək öz əsl mahiyyətini itirmək üzrədir. Bunlardan biri də ehsan anlayışıdır. Ehsan sözü ərəbcə yaxşılıq mənasında işlənir. Dini istilahda da xeyirxahlıq, yaxşılıq, sədəqə, başqasına fayda vermək anlamındadır. Birinə bir xoş söz demək də ehsandır. Yəni, təmənnasız, Allah rızası üçün edilən hər bir yaxşı əməl ehsandır”. 

Bu son zamanlar ciddi müzakirə olunan yemək ehsanı barədə Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib. 

Onun sözlərinə görə, indi ölkəmizdə ehsan deyərkən yalnız yas məclisi, aş, halva və digər yeməklər yada düşür:

“Bu, yanlış təsəvvürdür. Kasıb adamlara əl tutmaq, yolu olmayan qəsəbəyə yol çəkmək, su çəkdirmək, körpü salmaq, ehtiyacı olan şəxslərə maddi-mənəvi yardım etmək ən böyük ehsandır. Doğrudur, aclara, miskinlərə yemək, su vermək də ehsan sayılır. Amma ehsanı yalnız yemək-içməklə məhdudlaşdırmaq, mahiyyətini qarın, boğaz səviyyəsinə endirib kiçiltmək olmaz.
Əgər bir kəndin yolu yoxdursa, orada vəfat edənlərin yasında camaata yemək vermək əvəzinə, yolu düzəltmək əsl ehsandır və mərhuma davamlı savab gətirən əməldir. Yeməyi bir dəfə camaat yeyir, durub gedir. Amma yoldan uzun zaman hamı istifadə edir, bu da mərhuma rəhmət, dua oxudur. 

Bizim cəmiyyətdə bu adətin də nizamı pozulub. Din xadimləri də normal təbliğat aparmır. Çünki yasda yemək verilməyib yol çəkdirilsə, din xadimi məclisdə qarnını doydura bilməyəcək. Yəni, özlərinə sərf etmir deyə, demirlər. Amma bu, dinin həqiqətlərindəndir”.

“Dana ətinə 2 min manat verənə qədər...”

İlahiyyatçı hesab edir ki, əzizini itirmiş şəxs 2 min manat dana ətinə pul verincə, hansısa kasıb tələbənin təhsil haqqını ödəsə bunun həm mərhuma, həm də ehsan sahibinə çox böyük savabı yetər:

“Bəli, kasıb, yetim tələbələr var ki, təhsil haqqını ödəyə bilmədiyinə görə məktəbdən xaric edilir. Onların təhsil borcunu ödəmək olar. İmkansız ailələrə, xəstələrə kömək etmək olar ki, əsl ehsan budur. Şagirdlərə qələm - dəftər paylamaq, paltarı olmayana məktəb paltarı alıb sevindirmək olar ki, ən böyük ehsan budur. 

Yoxsa bir də görürsən, bir nəfər atasına guya "ehsan" verir. Varlı, imkanlı adamlar böyük maşınlarla gəlib oturur, bahalı yeməklər, təmtəraqlı süfrədə yeyib-içib hərəsi də müəyyən məbləğdə pul yazdırıb, üstündən də bir siqaret yandırıb gedirlər. Bunun nəyi ehsandır? Bu alverdir, borc qaytarmaqdır.

Gəldi yedi, yeməyinin də pulunu verdi getdi. Bu ehsan deyil, heç qonaqlıq da deyil. Ölüyə də heç bir faydası yoxdur. 

Ancaq yaxşı olar ki, elə şəxslər mərhumlar üçün daimi savab, rəhmət gətirən işlər etsinlər. Bir də görürsən bir kənddə milyonerin yaxını ölür, qəbristanlığın yolu bərbad vəziyyətdə, camaat palçıqda məşəqqətlə gedib çıxır qəbristanlığa. Gətirib yolu düzəldən yoxdur. Hətta elə yerlər olub ki, ölüləri götürməyə normal bir cənazə olmayıb. Qəbristanlıqda yağışın altında çürümüş taxta cənazə sınıb ağır gövdəli meyit yerə, palçığa düşüb. Təzədən qaytarıb kəfənini dəyişib aparıblar. 

Halbuki o məntəqədə onlarla varlı, imkanlı adamlar var ki, normal dəmir cənazə düzəltirib, ehsan edə bilərlər. Yəni, biganəlik, səhlənkarlıq, bəzən də cahillik, tamahkarlıq imkan vermir ki, cəmiyyətdə normal ənənə formalaşsın”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ

“Həm Azərbaycana, həm də Türkiyəyə qarşı planlar həyata keçirməyə çalışırlar" - Sabiq nazir

“Həm Azərbaycana, həm də Türkiyəyə qarşı planlar həyata keçirməyə çalışırlar" - Sabiq nazir

Ağdamda sel suları 14 milyon manatdan çox qənaət yaratdı – Hafiz Əzimzadə - ÖZƏL

Ağdamda sel suları 14 milyon manatdan çox qənaət yaratdı – Hafiz Əzimzadə - ÖZƏL

Sofya Muravyova Rusiya millisindən ayrılmaq istəyir - VİDEO

Sofya Muravyova Rusiya millisindən ayrılmaq istəyir - VİDEO

Prezident Bakı Olimpiya Stadionunda – FOTO

Prezident Bakı Olimpiya Stadionunda – FOTO

Azərbaycan, Türkiyə və Macarıstan hərbçiləri birgə təlimdə - VİDEO

Azərbaycan, Türkiyə və Macarıstan hərbçiləri birgə təlimdə - VİDEO

Rusiya neçə hərbçini əsirlikdən geri qaytarıb?

Rusiya neçə hərbçini əsirlikdən geri qaytarıb?

Natiq Məmmədli: "Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır"

Natiq Məmmədli: "Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır"

Hantavirusa qarşı yeni PEYVƏND tətbiq edilə bilər – MÜHÜM AÇIQLAMA

Hantavirusa qarşı yeni PEYVƏND tətbiq edilə bilər – MÜHÜM AÇIQLAMA

Xocavənddə daha 18 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavənddə daha 18 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Amal Kluni 114 min dollarlıq libası ilə diqqət mərkəzinə düşdü - FOTO

Amal Kluni 114 min dollarlıq libası ilə diqqət mərkəzinə düşdü - FOTO

Fransanın Yeni Kaledoniyada seçici siyahısında dəyişiklik təşəbbüsü tənqidlə üzləşir

Fransanın Yeni Kaledoniyada seçici siyahısında dəyişiklik təşəbbüsü tənqidlə üzləşir

Trampın oğullarının TELEFON QALMAQALI – 59 milyon yığdılar, smartfondan hələ də xəbər yoxdur...

Trampın oğullarının TELEFON QALMAQALI – 59 milyon yığdılar, smartfondan hələ də xəbər yoxdur...

5-ci sinif şagirdlərinin mübahisəsi qanla bitdi – Bakı məktəbindəki insidentin DETALLARI – VİDEO

5-ci sinif şagirdlərinin mübahisəsi qanla bitdi – Bakı məktəbindəki insidentin DETALLARI – VİDEO

Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir – AÇIQLAMA

Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir – AÇIQLAMA

“Araz Naxçıvan” legioneri: “Cari mövsümlə bağlı ancaq təəssüflənmək olar”

“Araz Naxçıvan” legioneri: “Cari mövsümlə bağlı ancaq təəssüflənmək olar”

Şəkərin müalicəsi üçün yediyi ot az qala ölümünə səbəb olacaqdı... – DETALLAR - FOTO

Şəkərin müalicəsi üçün yediyi ot az qala ölümünə səbəb olacaqdı... – DETALLAR - FOTO

Gürcüstanın yeni Katolikos-Patriarxı taxta çıxdı

Gürcüstanın yeni Katolikos-Patriarxı taxta çıxdı

Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI

Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI

Cennifer Lopezdən cəsarətli obraz: Qırmızı libası ilə diqqət çəkdi – FOTO

Cennifer Lopezdən cəsarətli obraz: Qırmızı libası ilə diqqət çəkdi – FOTO

Bakı Limanında Türkmənistanda inşa olunan “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimi keçirildi – FOTO

Bakı Limanında Türkmənistanda inşa olunan “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimi keçirildi – FOTO

Kredit götürmək istəyənlərə XƏBƏRDARLIQ

Kredit götürmək istəyənlərə XƏBƏRDARLIQ

Elmi əsası olmayan bir fakt: Niyə həftə 7 gündür?

Elmi əsası olmayan bir fakt: Niyə həftə 7 gündür?

Tramp uçan quşu dronla səhv saldı – VİDEO

Tramp uçan quşu dronla səhv saldı – VİDEO

End of content

No more pages to load

RADİO