Mərd, səmimi, təmənnasız, reklam və şöhrət güdməyən, tikəsini başqasıyla bölən...
“...6 yanvar 1994-cü il. Horadizdəyik. Rotamızın hamısı bir yerdədir. Səngər qazırıq. Saat 12:20-də başlanan əks-hücum dəf olundu...
07.01.94. Güclü atışmadan sonra düşmən qüvvələri qaçırlar. Horadizdən sonra 4 kənd keçdik. Amma sonra birini geri qayıtdıq...xa0
08.01. 94. Kəşfiyyata getdik. Sığınacaq üçün boş ev tapıb gecələdik. Səhər hissəmiz mövqeyini möhkəmlətdi...”x9d.
Bunlar şəhid Milli Qəhrəmanlarımızdan birinin gündəliyindəki son sətirlərdir. Görünür, şəhid olduğu günə qədərki 5 sutka ərzində ermənilərlə döyüş daha da gərginləşdiyindən, rəhmətlik gündəliyini davam etdirə bilməyib. Həlak olmasından, təxminən, bir ay öncə həmin gündəliyi mən də vərəqləmişdim...

“Uzaqdakı Kirs dağına baxanda gözləri yaşardı...”x9d
...Adı mələk adı idi. Qiyamətin başlandığı haqda xəbərdarlıq surunu çalacaq İsrafilin adını daşıyırdı... Özü də mələk kimi bir insan idi... O da 1987-1988-ci illərdən Qarabağın ermənilər üçün “qara qapısı”x9d olmuş Laçın, Şuşa dağlarında torpaqlarımızın gözlənilən işğalının ”“qiyamətinin surunu çalırdı.xa0 O, bozqurd təki düşmən təxribatçılarınn uzaqdan gələn “hənirtisi”x9dni duyur,xa0 dolanbac dağ cığırlarında izlərinə düşüb yaxalayırdı...xa0 Eləxa0 ilk dəfə Azərbaycanın ərazisinə soxulan erməni quldurlarından ikisini tutan da İsrafil olmuşdu... Çox danışmırdı, etdiklərini dilə gətirmirdi. Amma öz həyəcanlı davranışları, gecə-gündüz dincəlmədən dağlarda, dərələrdə pusquda durmasıyla Vətənin, doğma yurdun, Qarabağın təhlükədə olduğunuxa0 hamıya anlatmağa çalışırdı...xa0
Onun xoş sorağını uşaqlıqdan eşidirdim. Qonşu Unannovu kəndindən idi. Amma orta məktəbi bizim kənddə - Laçın rayonunun Ağanus kəndində bitirmişdi. Erkən yaşlarından ata-anasını itirib nənəsinin himayəsində ağır şəraitdə böyüdüyünü, hələ Laçında ikən ermənilərə qarşı savaşlarda igidlik göstərdiyini bilirdim. Həmin gün isə birinci dəfə idi ki, onunla belə yaxından söhbət edirdik. Birinci və təəssüf ki, sonuncu dəfə...xa0
...1993-cü il 12 dekabr. Erməni hərbi birləşmələri ilə döyüşlərin ən qızğın vaxtlarından biri... Füzuli rayonunun Böyük Bəhmənli kəndi. Bakıdan Laçın Polis Şöbəsinin o vaxtkı rəisixa0 Akif Səlimovla birgə gəlmişdim. Polislərimiz kənddəki evlərin birində yerləşmişdilər. Rəis məni döyüşçülərə təqdim etdi. Tanıdıqlarımdan öncə yaxınlaşıb boynumu qucaqlayan İsrafil oldu. Doğma kənddəki günləri xatırladı. Sevimli müəllimləri olmuş ata-anamı soruşdu. Uzaqda Şuşa, Laçın tərəfdə görünən Kirs dağının zirvəsinə baxanda gözləri yaşardı...xa0

“İsrafil dedi ki, mən şöhrət üçün vuruşmuram...”x9d
Axşamxa0 kənd evlərinən birində kerosin lampası işığında sonradan şəhid olmuş həmkəndlim Mehman Mərdanovla və digər döyüşçülərlə birgə çörək kəsdik.Yenə Laçından, el-obamızdan uzun-uzun danışdıq. İsrafil öz cəbhə gündəliyini göstərdi. Amma bir hissəsini itirdiyindən təəssüfünü ifadə etdi. Nə qədər təkid etdimsə, müsahibəyə, haqqında məqalə yazmağa razı olmadı. Dedi ki, tanınmaq, şöhrətlənmək üçün döyüşmür, zabit olsa da, özünü buradakı sıravi döyüşçülərdən biri hesab edir. Bu dərəcədə sadə, təvazökar insan idi İsrafil... Halbuki, onun göstərdiyi igidliklər artıq 1988-ci ildən bu yana Laçın, Şuşa, Qubadlı camaatına bəlli idi...xa0
İlk dəfə Sultanbəy mükafatını İsrafil almışdı....
1989-cu ilin avqustunda Laçının Qayğı qəsəbəsi ərazisindən Şuşanın erməni quldurlarının yuvasına dönmüş Kirov kəndinə keçmək istəyən iki yaraqlının yaxalanması məhz İsrafilin rəşadəti sayəsində baş tutmuşdu. 1991-ci ildə cəsur jurnalist Salatın Əsgərova qətlə yetirildikdən sonra onun qisasını alacağına and içən İsrafil qardaşı Rəsulla birlikdə 12 erməni quldurunu öldürmüşdü. Həmin ilin mayında isə Qaladərəsi və Kirov kəndlərinin erməni quldurlarından təmizlənməsində fəal iştirak etmişdi. Bütün bu igidliklərinə görə Laçında ilk dəfə İsrafil Şahverdiyev Sultanbəy mükafatına layiq görülmüşdü. Laçının işğalı günü- mayın 18-də İsrafil təkbaşına rayon mərkəzinə girmiş, düşmən qüvvələri haqqında məlumat toplayaraq geri qayıtmışdı. 1992-ci ilin yay-payız aylarında Kəlbəcər istiqamətində kəndlərimizin geri alınmasında, Hoçaz yüksəkliyinin fəthi və müdafiəsində, yüksək rütbəli erməni zabitlərinin ələ keçirilməsində və s. göstərdiyi şücaətlər saysız-hesabsızdır...
Gecə saat 3-4-də həyəcan siqnalı verildi və İsrafilin tağımı döyüşə yollandı...
Cəbhə xəttində qəhrəmanla söhbətləşdiyim həmin şaxtalı dekabr gecəsi saat 3-4 radələrində həyəcan siqnalı verildi. Və İsrafil başda olmaqla bir qrup polis ön xəttə göndərildi. Onlarla getməyə cəhd etsəm də, icazə vermədilər. Ertəsi gün qərargah rəisi Çingiz Abbasovla birgə Laçın polislərinin düşmənlə üzbəüz dayandığı səngərlərdə olduq. Ancaq İsrafil və Mehmanla bir daha görüşə bilmədim. Bakıya çatanda məlumat aldım ki, Laçın polisi, o cümlədən İsrafil Şahverdiyevin rotası düşməni ağır itkilərə məruz qoyub. Ancaq polislərimizdən də bir neçəsi şəhid olmuşdu. Respublika prezidenti Heydər Əliyevin fərmanı ilə bir qrup Laçın polisi “Azərbaycan bayrağı”x9d ordeni ilə təltif olundu. Həmin günlər göz yaşları içində qəhrəman polislərimizə, o cümlədən İsrafilə həsr etdiyim “Azərbaycanlılar vuruşmağı bacarır”x9d başlıqlı yazı yazdım. Bir ay keçməmiş yenə də bir neçə polisimizin, o cümlədən Mehmanın, ardınca isə İsrafilin də şəhid olması barədə xəbərlər bizi daha çox sarsıtdı.

Son döyüşündə “geriyə yol yoxdur”x9d əmrini vermişdi...
1994-cü il yanvarında ordumuzun uğurlu məşhur Horadiz əməliyyatından sonra ermənilər əks-hücumlarını genişləndirirdilər. Yanvarın 13-də İsrafilin rotası Horadiz-Cəbrayıl istiqamətində düşmənin növbəti hücumunu dəf edirdi. Cəsur komandir “geriyə yol yoxdur”x9d əmrini vermişdi... Atəş od kimi yağırdı. Birdən İsrafil yaxınlığındakı pulemyotçumuzun yaralandığını gördü. Fədakar zabit əsgərini xilas etmək istəyərkən özü ağır qəlpə yarası aldı və bu etibarsız dünyaya gözlərini yumdu.
Bu gün Milli qəhrəmanın ocağına ömür-gün yoldaşı Hökumə xanımın didərginlik illərinin çətinliklərinə baxmayaraq böyütdüyü iki yadigarı, Şahverdiyevlər nəslinin davamçıları Vüqar və Anar keşik çəkir. Anar Polis Akademiyasını bitirib. Və atasının yolunu davam etdirir. Hazırda Su Nəqliyyatında Polis İdarəsində çalışır.xa0
“Kaş hamı İsrafil kimi öz tikəsini başqasına verməyi bacaraydı...”x9d
İsrafildən danışanda həmişə Laçın polis taborunun qərargah rəisi, istefada olan polis mayoru Çingiz Abbasovun 1992-ci ilin payızında Laçının Hoçaz yüksəkliyi uğrunda gedən döyüşlər zamanı İsrafil və qardaşı Rəsulun etdikləri bir ibrətamiz davranışxa0 barəsindəkixa0 xatirəsi yadıma düşür. Həmin məqamxa0 tanınmış yazar Mehdi Mehdiyevin Milli Qəhrəman İsrafil Şahverdiyevə həsr etdiyi “Bir ömrün hekayəti”x9d kitabçasında da dərc olunub:xa0
”x9d...Yaxşı xatırlayıram. Ərzağımız da qurtarmışdı. Aclıq bizi taqətdən salırdı. Rəsul iki çörək kömbəsi gətirdi. Təklif etdim ki, biri İsrafilin, o biri isə Oqtayın rotasına verilsin. Çörək kömbələrini elə iki qardaş özü bölməli oldu. Bu zaman İsrafil elə bildi ki, Rəsul ona, Rəsul da elə bildi ki, İsrafil ona çörək saxlayacaq. Artıq gec idi... Çörək paylanıb qurtarmışdı. Hər iki qardaş bir-birinin üzünə baxdı... Bu mənzərəni görəndə gözlərim yaşardı və ürəyimdən keçirdim ki, kaş, hamı bu qardaşlar kimi olaydı, öz tikəsini başqasına verməyi bacaraydı...”x9d
Bu gün Azərbaycanın sənin kimi əsil, saf qəhrəmanlara çox ehtiyacı var, İsrafil, çox....xa0 Özü də təkcə hərbdə, döyüşdə yox, bütün sahələrdə: siyasətdə, iqtisadiyyatda, elmdə, səhiyyədə, ədəbiyyatda, jurnalistikada... Cəsur və igid olmaqla yanaşı,xa0 mərd, səmimi, təvazökar, təmənnasız, reklam və şöhrət güdməyən, rütbədə, vəzifədə, karyerada yüksəlmək üçün dost, yoldaş ayağının altını qazımayan əsl insanlara... İsrafilin Qiyamət suru çalınanda Allah, Peyğəmbər(s.) və şəhidlərimizinxa0 qarşısına üzüağ çıxa biləcək imanlı və ixlaslı bəndələrə...
Allah rəhmət eləsin cəmi şəhidlərimizə!..xa0
Sultan Laçın