Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1994-cü il təvəllüdlü A.Həsənov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, xəstə dərhal əməliyyat edilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, A.Həsənov qaynı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media