Rusiya prezidenti Vladimir Putinin məktəb müəllimi Vera Dmitriyevna Qureviç dövlət başçısının öz ölkəsini çox sevdiyini, həmçinin ölkə sakinlərinə və zəhmətkeşlərinə dəyər verdiyini və hörmət etdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, NTV telekanalının efirində danışıb.
"Mən şagirdimlə fəxr edirəm. Hesab edirəm ki, onu düzgün tərbiyə etmişəm. O, öz ölkəsinin vətənpərvəridir, Rusiyanı çox sevir", — deyən Qureviç dövlət başçısının hər zaman xalqa yaxın olduğunu qeyd edib.
Qureviç vurğulayıb ki, Putin insanlarla, jurnalistlərlə və digər ölkələrin nümayəndələri ilə hər zaman adi bir rus kimi ünsiyyət qurur.
Qeyd edək ki, Putin Vera Dmitriyevnanı Moskvada Qələbə paradına baxmağa dəvət edib. Daha sonra Rusiya lideri müəllimi ilə Kremldəki iqamətgahda şam yeməyi yeyib.
Vera Qureviçin hazırda 92 yaşı var. O, orta məktəbdə Putinin sinif rəhbəri olub.
Bizim.Media