ABŞ Prezidenti Donald Tramp Çinə səfərə yola düşüb.
Bizim.Media xəbər verir ki, onu səfər zamanı Dövlət katibi Marko Rubio, Müdafiə katibi Pit Heqset, Xəzinədarlıq katibi Skott Bessent və digər dövlət rəsmiləri müşayiət edirlər.
Prezident Tramp səfər zamanı Tayvan və Çinin İranla münasibətləri mövzularında danışıqlar aparacaq. 14 və 15 mayda Pekində o, Çin lideri Si Cinpinlə görüşəcək.
Bu, Trampın prezident kimi Çinə ikinci səfəri olacaq və sonuncu dəfə o, 2017-ci ildə səfər edib.
Qeyd olunur ki, ABŞ-nin 16 böyük şirkətinin baş icraçı direktorları, o cümlədən “Tesla” şirkətinin rəhbəri İlon Mask və “Apple” şirkətinin rəhbəri Tim Kukun səfərdə Trampa qoşulacaqları gözlənilir.
Bizim.Media