"Qoy Britaniya və Fransa gəmiləri Hörmüz boğazına yaxınlaşsınlar, görsünlər ki, biz onlara nə edirik. Biz də deyirik ki, Hörmüz boğazına yaxınlaşın və onu açın".
Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, bunu İranın Əhvaz bölgəsindən olan millət vəkili Müctəba Yusifi deyib.
"Əgər avropalılar bizi sınamaq istəyirlərsə, onlara bildirin ki, hərbi bazalar, Avropa ölkələri və istənilən düşmən ölkə bizim qanuni hədəflərimizdir. Biz blöf etmirik, əməl edirik", - deyə o əlavə edib.
Bizim.Media