Son vaxtlar psixoloqlara tələbat çoxalib. Belə ki, bir seansın qiyməti 150-500 manat arası dəyişir.
Bizim.Media xəbər verir ki, vətəndaşlar iddia edirlər ki, qiymətlər yüksək olsa da nəticəsi bəzən olmur. Çünki, bəziləri bu sahədə təhsail almasalar da özlərini mütəxəssis kimi təqdim edərək pasiyentləri qəbul edirlər.
Psixoloqların sözlərinə görə, bəzən bir seans yetərli olmur. Bununla da bəzi vətəndaşlar 15 seansa 7500 manat ödəməlidir.
Sosiloq Üzeyir Şəfiyevin sözlərinə görə, hazırda tətbiqi psixoloq kimi fəaliyyət gösətənlərin sayı və keyfiyyət göstəricisi cəmiyyətin tələbatlarına tam uyğun deyil.
Sosioloq onu da əlavə edib ki, bu sahə üzrə universitet təhsili zamanı praktiki dərslərin sayı artmalıdır.
Daha ətraflı videomaterialda:
Bizim.Media