Xaçmaz rayonunda ağır qəza baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Xaçmaz-Niyazabad yolunun 2-ci km-də baş verib.
“Toyota Prado" markalı avtomobillə əks istiqamətdən gələn "VAZ-2107" markalı avtomobil toqquşub.
Nəticədə 5 nəfər xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu