Prezident yeni agentlik yaratdı

Prezident İlham Əliyev kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Moderator.az xəbər verir ki, fərmanan əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi”x9d yaradılır.
2. Müəyyən edilsin ki:
2.1. “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi”x9d (bundan sonra ”“ Agentlik) ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir;

2.2. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “Kiçik və orta sahibkarlıq evi”x9d yaradılsın və onların fəaliyyəti “ASAN xidmət”x9d mərkəzləri, “ASAN xidmət”x9d mərkəzləri olmayan regionlarda isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçirilsin;
2.3. Agentlikdə Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılır;
2.4. Agentliyin Müşahidə Şurası Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılır;

2.5. Agentliyin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziridir;

2.6. Agentliyin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini, Azərbaycan Respublikasının Prezidento ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının iqtisadiyyat naziri həyata keçirir;

2.7. Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçirilir.
3. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Agentliyin nizamnaməsinin və strukturunun təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

3.1.2. Agentliyin yenidən təşkil və ləğv edilməsi;

3.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında”x9d Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. Agentliyin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş funksiyaları yerinə yetirən struktur bölmələrinin (qurumlarının) ləğv edilməsini və onların maddi-texniki bazasının Agentliyin balansına verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
5.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi və strukturu təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”x9d Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

5.2. bu Fərmanın 4.4-cü bəndinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Agentliyin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.
7. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.
8. Bu Fərmanın
2.4-cü bəndində nəzərdə tutulan dövlət orqanları Agentliyin Müşahidə Şurasında təmsil olunacaq nümayəndələri barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Abbas Əraqçinin Kərbəladan yayılan görüntüləri GÜNDƏM OLDU – FOTO/VİDEO

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə GÖRÜŞDÜ

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”- VİDEO

Koreyadan Naxçıvana uzanan sevgi hekayəsi - “Kababı sevir, yallı gedir”- VİDEO

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Kats: İsrail elə sabah İranla müharibəyə başlaya bilər

Afrikalı cadugər dünya çempionunu ELAN ETDİ

Afrikalı cadugər dünya çempionunu ELAN ETDİ

Kəlbəcərə və İstisuya gedən strateji yoldan XƏBƏR var

Kəlbəcərə və İstisuya gedən strateji yoldan XƏBƏR var

İtaliya klubu “Beşiktaş”dan 15 milyon tələb edir

İtaliya klubu “Beşiktaş”dan 15 milyon tələb edir

NZS qəsəbəsindəki yanğın SÖNDÜRÜLDÜ

NZS qəsəbəsindəki yanğın SÖNDÜRÜLDÜ

"Gözəldir, amma ağzını açmasın"

"Gözəldir, amma ağzını açmasın"

Zabit olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu BAŞLADI - FOTO

Zabit olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu BAŞLADI - FOTO

“Mançester Siti”nin yeni baş məşqçisi məlum oldu

“Mançester Siti”nin yeni baş məşqçisi məlum oldu

Alpinistin Bazardüzüdə xəsarət alması ilə bağlı AÇIQLAMA - VİDEO

Alpinistin Bazardüzüdə xəsarət alması ilə bağlı AÇIQLAMA - VİDEO

Mərakeşli futbolçunun “Zirə”yə keçidi alınmadı

Mərakeşli futbolçunun “Zirə”yə keçidi alınmadı

Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Təhsilin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı

“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı

Dünya Bankı Bakının ekologiyasına 410 milyon dollar AYIRIR

Dünya Bankı Bakının ekologiyasına 410 milyon dollar AYIRIR

Ləzə kəndinə yenidən palçıq layı gəlməyə başladı - ÖZƏL - VİDEO

Ləzə kəndinə yenidən palçıq layı gəlməyə başladı - ÖZƏL - VİDEO

Hörmüz boğazından 4 gündə keçən gəmilərin sayı AÇIQLANDI

Hörmüz boğazından 4 gündə keçən gəmilərin sayı AÇIQLANDI

“Qəbələ” müdafiəçi transfer etdi

“Qəbələ” müdafiəçi transfer etdi

Gürcüstan və Qazaxıstan strateji tərəfdaş oldu

Gürcüstan və Qazaxıstan strateji tərəfdaş oldu

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi – Qərarlar açıqlandı

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi – Qərarlar açıqlandı

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı

“Turan Tovuz” Türkiyədə hazırlıq keçəcək

“Turan Tovuz” Türkiyədə hazırlıq keçəcək

End of content

No more pages to load

RADİO