Qubada güclü selin uçurduğu Küpçalqışlaq kənd yolunda fəsadları aradan qaldırmaq üçün tədbirlərə başlanılıb.
Quba FHK-dan Bizim.Media-ya məlumat verilib ki, kəndə gediş-gəlişi bərpa etmək üçün alternativ yolun çəkilişinə başlanılıb.
Əraziyə fəsadların həcmini azaltmaq üçün xüsusi texnikalar cəlb edilib və müvafiq təcili tədbirlərin görülməsinə başlanılıb. Rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov hadisə yerində olub, müəyyən tapşırıqlar verib.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu