ABŞ-ın aprelin 13-də başlayan İrana qarşı dəniz blokadası davam etdikcə, Xarq adasındakı neft çənlərinin maksimum saxlama tutumuna yaxınlaşdığı görünür.
Bizim.Media xəbər verir ki, bu haqda “Bloomberg” xəbər agentliyi peyk görüntülərinə istinadən məlumat yayıb.
Avropanın peyk görüntüləri göstərir ki, 8, 9 və 11 may tarixlərində Xarq adası yaxınlığında neft ixracı üçün heç bir neft tankeri aşkar edilməyib.
Görüntülər adanın neft çənlərinin tam dolmaq üzrə olduğunu göstərir. Xarqın blokadası davam edərsə, bu, ölkədəki digər neft saxlama anbarlarına əlavə təzyiq göstərəcək.
Lakin İranın qalan saxlama tutumu ilə bağlı dəqiq bir qiymətləndirmə yoxdur. Bütün çənlər dolduqda, İran neft istehsalını daha da azaltmaq məcburiyyətində qala bilər.
Qeyd edək ki, Tehran artıq neft hasilatının bir hissəsini azaldıb.
Bizim.Media