ABŞ-ın "Qızıl Günbəz" raketdən müdafiə (RHM) sisteminin hazırlanması 1,2 trilyon dollara başa gələcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Konqresinin Büdcə İdarəsinin hesabatında qeyd olunub.
Vurğulanıb ki, bundan əvvəl layihənin dəyərinin 185 milyard dollardan çox olmayacağı ehtimal edilirdi.
Qurumun hesabatında bildirilir ki, Pentaqonun layihəsində "Qızıl Günbəz"in arxitekturasına konkret olaraq hansı platformaların və hansı sayda daxil ediləcəyi barədə ətraflı məlumat verilməyib.
Ofis qeyd edir ki, yüksək xərclərə baxmayaraq, sistemin nəzərdə tutulan arxitekturası yalnız məhdud sayda hücumun qarşısını almağa qadir olacaq, irimiqyaslı hücumun yox.
Bizim.Media