Azərbaycan karateçiləri Rumıniyanın Sfıntu-George şəhərində keçirilən fudokan üzrə Avropa çempionatında 9 medal qazanıblar.
Bizim.Media xəbər verir ki, Karate Federasiyasından verilən məlumata görə, Babək Qələmzadə fərdi kumite üzrə böyüklər arasında mütləq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qitə çempionu olub.
Elmir Kazımzadə (10-11 yaş, 40 kiloqram), Qorxmaz Səfərli (14-15 yaş, 65 kiloqram), Rəvan Şirinov (16-17 yaş, 65 kiloqram), Elton Əliyev (16-17 yaş, 75 kiloqram), Mehdi Abdullayev (16-17 yaş, +75 kiloqram) və Tahir Ələkbərov (U-21, +75 kiloqram) öz kateqoriyalarında birinci yeri tutublar.
Əli Hacıyev (U-21, 75 kiloqram) gümüş, Ayxan Pirquluyev (16-17 yaş, 65 kiloqram) isə bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, Avropa çempionatında 22 ölkədən ümumilikdə 985 idmançı iştirak edib.
Bizim.Media