Səudiyyə Ərəbistanına Həcc ziyarətini icra etmək məqsədilə gedənlərin sayı 860 mini keçib.
Bizim.Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi krallığın həcc və ümrə naziri Taufiq bin Fauzən Əl-Rabiənin sözlərinə istinadən xəbər yayıb.
Təşkil olunan mətbuat konfransında çıxış edən nazir bildirib ki, indiyədək ölkəyə daxil olan zəvvarların 820 mindən çoxu hava nəqliyyatından istifadə edib.
Quru sərhəd-keçid məntəqələri vasitəsilə gələnlərin sayının 35 mini keçdiyini vurğulayan nazir, dəniz yolu ilə səfər edənlərin isə 4 mindən artıq olduğunu qeyd edib.
Nazir Əl-Rabiə əlavə edib ki, ümumi zəvvarların 240 mindən çoxu "Məkkə Yolu" layihəsi çərçivəsində ölkəyə gəlib. Bu layihə zəvvarların sərhəd və gömrük prosedurlarını asanlaşdırmaq məqsədi daşıyır. (oxu.az)
Bizim.Media