Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.
Bizim.Media namizədlər siyahısında olmayan daha bir qrup deputatın adını əldə edib.
Həmin deputatlar Oqtay Əsədov, Əliabbas Salahzadə və Aqiyə Naxçıvanlıdır.
Qeyd edək ki, Oqtay Əsədov 8 saylı Binəqədi birinci seçki dairəsinin, Əliabbas Salahzadə 27 saylı Sabunçu ikinci seçki dairəsinin, Aqiyə Naxçıvanlı isə 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin deputatı idilər.
Nuranə Daxilqızı, Bizim.Media