Qusarın "Şahdağ" Turizm Mərkəzində kişi meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, meyitin Qusar rayonunun Urva kənd sakini, 26 yaşlı Rauf Yaqubova aid olduğu müəyyənləşib.
Onun turizm mərkəzində xizəklərin təmirini aparan usta işlədiyi deyilir. Qusar rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu