Azərbaycanda idman ictimaiyyətinə ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, Abşeron İdman Klubunun cüdo üzrə məşqçi müəllimi Murad Məsləhət oğlu Heydərli 16 iyul 2024-cü il tarixində, 27 yaşında vəfat edib.
Oxu.az Murad Heydərlinin ölüm səbəbi ilə bağlı məlumat əldə edib.
Məlumata əsasən idmançı beyin xərçəngindən əziyyət çəkirmiş. O, dünən gecə vəfat edib.Yaxınları bildirib ki, Muradın 1 ay əvvəl toyu olubmuş. Murad Heydərli Xanım adlı qadınla ailə qurubmuş.
Mərhum Saray qəbiristanlığında torpağa tapşırılıb.

Bizim.Media