Toyda DAVA: Ər arvadına xəsarət yetirdi

Naftalan şəhərində ər arvadına xəsarət yetirib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı zərərçəkmiş Fidan Naftalan Şəhər Polis Şöbəsinə müraciət edib. Onun müraciəti əsasında məlum olub ki, Fidan həyat yoldaşı, 1995-ci il təvəllüdlü Bəhram (adlar şərti verilib - red.) tərəfindən döyülərək xəsarət alıb.

Hadisəni törədən Bəhramın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Fidan ilə 2022-ci ildən evlidirlər və həmin evlilikdən 1 nəfər övladları olub:

"Mənim əvvəllər Fidanla münasibətlərim normal olub. Aramızda hər hansı problem olmayıb".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü onlar Naftalan şəhərində yerləşən "Ay Ulduz" restoranında toy məclisində olublar:

"Toy məclisində olarkən Fidanın qohumları övladımızı qucaqlayaraq öpdülər. Mən isə bunun uşağa ziyan olduğunu bildirdim və əsəbiləşərək Fidana uşağı heç kimə verməməsini dedim".

Bəhram bildirib ki, daha sonra o, uşağı çölə çıxararaq gəzdirmək istəyib:

"Həmin vaxt Fidan da mənimlə birlikdə gəldi. Restoranın qarşısında olarkən aramızda yenidən mübahisə yarandı. Fidana bir daha uşağı heç kimə verməməsini söylədim. Fidan isə mənə nalayiq formada cavab verdı, məni təhqir etdi. Bu zaman əsəblərimi saxlaya bilmədim və Fidanın başından itələdim. Həmin vaxt Fidanın xalası oğlu Elşən mübahisəmizi gördü və bizə yaxınlaşdı. Bundan sonra övladımı da götürərək oradan ayrıldım".

İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, həyat yoldaşı Bəhram ilə aralarında ipoteka ilə aldıqları evin sənədləşməsi ilə bağlı bir müddətdir söz-söhbətləri olub:

"Həmin ev Bəhramın qardaşının adına alınıb. Amma qardaşı evi Bəhramın adına qaytarmayıb. Bundan sonra münasibətlərimiz pisləşməyə başladı. Bəhram mütəmadi olaraq məni və ailə üzvlərimi söyməyə başladı".

Zərərçəkmiş qeyd edib ki, hadisə günü "Ay Ulduz" restoranında yaxın qohumunun toy məclisində Bəhram ilə birlikdə iştirak ediblər:

"Həmin vaxt qohumlarım uşağa yaxınlaşdıqda, Bəhram narazılıq etdi, uşağı həmin şəxslərin qucaqlarına götürməsinə etirazını bildirdi. Bundan sonra uşağı yatızdırmaq üçün restoranın qarşısına çıxdım. Bəhram da arxam ilə çölə çıxdı. Orada olarkən Bəhram "mənim uşağımı heç kimə vermə, uşağı götürüb gedəcəyəm", - dedi.

Mənim ailə üzvlərimin ünvanına söyüşlər söyməyə başladı. Bu zaman xalam oğlu Elşən bizim mübahisəmizi gördü və oraya yaxınlaşdı. Bu vaxt Bəhram yumruqla gicgah nahiyyəmə bir dəfə vurdu və başımı zədələdi. Daha sonra Bəhram uşağı qucağına götürərək oradan ayrıldı".
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını söyləyib, onun həbs edilməsini istəyib.

Naftalan Şəhər Məhkəməsinin hökmü ilə Bəhram 400 manat məbləğində cərimə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı –VİDEO

Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı –VİDEO

Milyonçunun hamam otağında meyiti tapıldı- Arvadı ilə mübahisə edibmiş

Milyonçunun hamam otağında meyiti tapıldı- Arvadı ilə mübahisə edibmiş

Çin liderindən Trampa XƏBƏRDARLIQ – “Bu adım müharibəyə səbəb ola bilər”

Çin liderindən Trampa XƏBƏRDARLIQ – “Bu adım müharibəyə səbəb ola bilər”

Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO

Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO

Keçid balı yuxarı, iş imkanı az... – III qrupu seçənləri hansı “sürpriz” GÖZLƏYİR?

Keçid balı yuxarı, iş imkanı az... – III qrupu seçənləri hansı “sürpriz” GÖZLƏYİR?

Şkafdakı qızıl: Kolleksiyaçıların milyonlara aldığı köhnə mobil telefonlar hansılardır?

Şkafdakı qızıl: Kolleksiyaçıların milyonlara aldığı köhnə mobil telefonlar hansılardır?

Bu dəfə “daş qayaya rast gəldi”... – Video

Bu dəfə “daş qayaya rast gəldi”... – Video

“Ana-atamı yaxşı tanımamışam”

“Ana-atamı yaxşı tanımamışam”

Rekord istilər gözlənilir - Xəbərdarlıq

Rekord istilər gözlənilir - Xəbərdarlıq

Dünyanın diqqəti PEKİNDƏ – Tramp Si Cinpinlə görüşdü - VİDEO

Dünyanın diqqəti PEKİNDƏ – Tramp Si Cinpinlə görüşdü - VİDEO

Kirayədə yaşayanların NƏZƏRİNƏ – Qiymət limit tətbiq olunacaq?

Kirayədə yaşayanların NƏZƏRİNƏ – Qiymət limit tətbiq olunacaq?

BİZİM TƏQVİM:Mayın 14-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Mayın 14-də baş vermiş tarixi hadisələr

Sərvətə zəmanət verən dörd doğum TARİXİ

Sərvətə zəmanət verən dörd doğum TARİXİ

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Bu şəxslərin qurbanı qəbul olunmur - HARAM sayılan məqamlar

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

Virusoloqdan xəbərdarlıq: Hantavirus hələ insan qan dövranına uyğunlaşmayıb

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

İşdən çıxan şəxs hansı halda geri qayıda bilər?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Dünyada ən sürətli və ən zəif mobil interneti haradadır – Azərbaycanda vəziyyət necədir?

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

Məşhur vitaminin xərçəngə səbəb olduğu MƏLUM OLDU

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Grammy 2027”nin keçiriləcəyi TARİX məlum oldu

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

“Deyirlər ki, Mələkxanımın dəstəyi var, amma…” - VİDEO/ÖZƏL

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

"Maykl Cekson sağdır?" sualı yenidən gündəmdə: görüntülər təəccübləndirdi - VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb – VİDEO

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

İran: Rusiya Yaxın Şərqdə təhlükəsizliyin qarantıdır

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

Vens ABŞ-İranla danışıqlarını “çox aqressiv” adlandırdı

End of content

No more pages to load

RADİO