Zərdabda 17 yaşlı oğlan çayda batıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün qeydə alınıb.
Belə ki, rayon sakini 17 yaşlı Səid Səbuhi oğlu Məmmədəliyev Kür çayında batıb. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Hazırda axtarışlar davam etdirilir. Səid Məmmədəliyevin hansı şəraitdə və necə batması barədə hələlik məlumat yoxdur. Axtarışlar davam etdirilir.


Bizim.Media, Aran bürosu